“Hizbullah” “Nusra Cəbhəsi”nin 3 komandirini həbs etdi
Posted on : Digər sahələr 10/16/2017 12:59:31 PM
"Hizbullah" terrorçuların təhdid mesajina belə cavab verib
Xatırladaq ki, “Nusra Cəbhəsi” terror qruplaşması Qəlamun bölgəsində əsir götürdükləri 29 Livan əsgərinin 5-ni (sünniləri) azad etdikdən sonra “Hizbullah”a mesaj göndərib. Mesajda bildirilib ki, Qəlamun bölgəsinə yenidən hücum edəcəklər və “Hizbullah” döyüşə girərsə qalan əsgərlər öldürüləcək.
“Hizbullah” döyüşçüləri isə bu təhdidə qarşılıq olaraq 3 terrorçu lideri ələ keçirib.
Təhdid mesajının xülasəsini təqdim edirik:
"Nusra Cəbhəsi" əsir götürdükləri sünniləri azad edərək bəyanat yaymışdılar. Bəyanatda deyilirdi: "Sizə bir jest olaraq övladlarını azad etdik. Siz bizdənsiniz, biz də sizdən."
Xristianlara isə terrorçuların mesajı belə olub: "Xristian öndərlərinə sözümüz budur ki, Milli Azadlıq Hərəkatının istədiyi müharibənin qığılcımını söndürün. Əsirlərin azad edilməsini istəyirsizsə "Nusra Cəbhəsi" və "Hizbullah" arasında bitərəf olmalısız."