header

 “Taliban” ilə ABŞ arasındakı danışıqlarda irəliləyiş var

 “Taliban” ilə ABŞ arasındakı danışıqlarda irəliləyiş var

"ABŞ hökuməti ilə Əfqanıstanda fəaliyyət göstərən islamçı “Taliban” hərəkatı arasındakı danışıqlarda xeyli irəliləyiş var".

“Tashaio.com” TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan prezidentinin baş müşaviri Vahid Ömər bildirib.

 

“Ümidvarıq ki, danışıqların bu mərhələsi Əfqanıstan hökuməti ilə “Taliban” arasında danışıqların başlamasına gətirib çıxaracaq”, – müşavir deyib.

 

Ötən gün “Taliban”ın Doha nümayəndəliyinin sözçüsü Süheil Şahin “razılaşma imzalanacağı günlərdə irimiqyaslı hücumlardan vaz” keçəcəklərini bildirib.

 

NATO-nun Baş katibi Yens Stoltenberq də “Taliban”ın Əfqanıstanda zorakılığı azaltmağı təmin etmək iqtidarında olduğunu göstərməyə çağırıb.

 

ABŞ KİV-i xəbər verir ki, Prezident Donald Tramp administrasiyası artıq bu həftə sülh sazişini açıqlaya bilər. Bu, ABŞ-ın başçılıq etdiyi koalisiya ilə “Taliban” arasında atəşkəsə çağırış olacaq. Daha sonra imzalanacaq sülh sazişi çərçivəsində ABŞ Əfqanıstandakı hərbi qüvvələrini 12-13 mindən 8,6 minədək azaldacaq.

"ABŞ hökuməti ilə Əfqanıstanda fəaliyyət göstərən islamçı “Taliban” hərəkatı arasındakı danışıqlarda xeyli irəliləyiş var".
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-13-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap