Tramp: ʿHərbi müdaxilə imkanını məndən almaqla İran qarşısında əl-qolumu bağlayırsınızʾ
Tramp: ʿHərbi müdaxilə imkanını məndən almaqla İran qarşısında əl-qolumu bağlayırsınızʾ
Posted on : Digər sahələr 02/13/2020
ABŞ Senatında bu gün Prezident Donald Trampın hərbi müdaxilə imkanlarını məhdudlaşdıran qanun layihəsi müzakirə olunacaq.
ABŞ Prezidenti Donald Tramp yenidən senatorları planı təsdiqləməkdən çəkinməyə çağırıb:
"Hərbi müdaxilə imkanını məndən almaqla İran qarşısında əl-qolumu bağlayırsınız. ABŞ Senatının "İrana hərbi müdxailə" haqqında qətnaməni təsdiq etməməsi ölkəmizin təhlükəsizliyi üçün çox vacibdir. İran məsələsində çox yaxşı işlər görürük və zəiflik göstərməyin vaxtı deyil. Əllərim bağlı olsaydı, İran yaxşı vəziyyətdə olardı. Bu qətnamə çox pis bir siqnal göndərir. Demokratlar bunu Respublika Partiyasına zərbə vurmaq üçün edirlər. Buna imkan verməyin".