header

 Ayətullah Amili: 19 Yanvar kimliyini qorumaq, tarixi qorumaqdır

 Ayətullah Amili: 19 Yanvar kimliyini qorumaq, tarixi qorumaqdır

Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi: “19 Yanvar Dünya Müsəlman Azəriləri Günü kimi İran, İslam və Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur və Vətənə qayıdış günüdür.”

Tashaio.com xəbər verir ki, Ayətullah Seyid Həsən Amili dünən Ərdəbilin Xətai Qalereyasında Dünya Müsəlman Azəriləri Günü münasibətilə keçirilən mərasimdə deyib: “19 Yanvar Dünya Müsəlman Azəriləri Günü kimi İran, İslam və Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur və Vətənə qayıdış günüdür. 19 Yanvar kimliyini qorumaq, tarixi qormaqdır.”

Ayətullah Amili əlavə edib: “19 Yanvar Azərbaycan Respublikası zəkalı müsəlmanlarının 70 illik kommunist dövləti sindromunu qırması, İslam və İrana sevgi nümayiş etdirməsi günüdür. Bu çox böyük və dəyərli hərəkət qorunmalıdır.”

Vəliyyi-fəqihin nümayəndəsi çıxışının digər hissəsində deyib: “Sabiq sovet hökuməti o vaxt anti-din və anti-İran siyasəti istiqamətində geniş təbliğat həyata keçirmişdi. Lakin azəri müsəlmanlar yüksək bəsirət və müdrikliklə Əhli-beytə (ə), İslama və öz həqiqi kimliklərinə sevgi bəslədiklərini, öz tarixi vətənlərini unutmadıqlarını göstərdilər.”

Ayətullah Amili vurğulayıb: “Dünya azərilərinin tarixi kimliyinin qorunması istiqamətində böyük addımlar atılıb və 19 yanvarın “Dünya Müsəlman Azəriləri Günü” kimi uca tutulması həyata keçən bu addımlardan biridir.”

İranda Qızılbaşların roluna işarə edən imam cümə deyib: “Ərdəbil Səfəvilərin öz hərəkatını başladığı bir yer kimi xüsusi məqama sahibdir. Ona görə də bu dəyərli tarixi qorumaq üçün Ərdəbil şəhərində meydanlardan birinə Qızılbaşlar adı verilsin.”

Möhtəşəm mərasimin davamında Ərdəbilin tanınmış şairləri Əli ibn Əbu Talibin (ə) vəsfində şerlər oxuyaraq iştirakçıları vəcdə gətiriblər.

Daha sonra Ağa Kazim Məhəlləsi Musiqi qrupu azəri “Ey İran” musiqisini icra edib və iştirakçılar tərəfindən alqışlanıb.

Vəliyyi-fəqihin nümayəndəsi və Ərdəbilin imam cüməsi: “19 Yanvar Dünya Müsəlman Azəriləri Günü kimi İran, İslam və Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur və Vətənə qayıdış günüdür.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-30-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap