header

 Səudiyyə rejimi İran ilə müzakirəyə hazır olduğunu elan etdi

 Səudiyyə rejimi İran ilə müzakirəyə hazır olduğunu elan etdi

Səudiyyə rejiminin xarici işlər naziri Faysal bin Fərxan Ər-Riyadın Tehranla danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.

Tashaio.com Parstoday-a istinadən xəbər verir ki, Əl-Məyadin telekanalının xəbərinə görə, Səudiyyə rejiminin xarici işlər naziri yanvarın 23-ü verdiyi açıqlamasında, İran ilə müzakirəni müsbət qarşıladığını qeyd edib.

 

Faysal bir çox ölkənin İran ilə Səudiyyə rejimi arasında dialoq üçün vasitəçilik təklifi etdiklərini xatırladaraq, bölgənin İran ilə gərginlik və qarşıdurmadan çəkinməsindən məmnun olduqlarını söyləyib.

 

İranın prezident aparatının rəhbəri Mahmud Vaizi dünən (23 yanvar) Tehranda verdiyi açıqlamasında İranın Səudiyyə rejimi ilə münasibətlərinin yaxşılaşacağına ümid etdiyini bildirib.

 

Səudiyyə rejiminin bir İslam ölkəsi olduğunu və Tehranın keçmişdə Ər-Riyadla yaxşı əlaqələrinin olduğunu vurğulayan Vaizi, hər iki ölkənin problemlərinin həllinin bölgənin xeyrinə olduğuna inandığını vurğulayıb.

Səudiyyə rejiminin xarici işlər naziri Faysal bin Fərxan Ər-Riyadın Tehranla danışıqlar aparmağa hazır olduğunu açıqlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-24-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap