ABŞ İranın Qüds korpusunun yeni komandirini sui-qəsd etməklə hədələdi
ABŞ İranın Qüds korpusunun yeni komandirini sui-qəsd etməklə hədələdi
Posted on : Digər sahələr 01/23/2020
ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Qüds korpusunun yeni komandiri general İsmayıl Qaanini sui-qəsd ilə təhdid edib.
Tashaio.com Mehrə istinadən xəbər verir ki, ABŞ-ın prezidenti Donald Trampın nümayəndə heyəti daxilində Davosdakı Dünya İqtisadi Forumuna qatılan Brayan Huk, belə bir açıqlama verib: “Əgər İsmail Qaani şəhid Qasım Süleymaninin getdiyi yolla getmək istəsə, onunla eyni taleyi bölüşəcək”.
İranın Qüds korpusunun komandiri şəhid general-leytenant Qasım Süleymani yanvarın 3-də ABŞ-ın Bağdad hava limanında etdiyi terror hücumu nəticəsində şəhid olmuşdu.
General İsmayıl Qaani yanvarın 20-si Qüds korpusunun komandiri vəzifəsinə başlama mərasimində etdiyi çıxışında belə demişdi: “Düşmənlər şəhid general Süleymanini namərdcəsinə şəhid etdilər. Amma biz onları mərdi-mərdanə üzbəüz vuracağıq”.