header

 Cavad Zərif Səudiyyə Ərəbistanının XİN başçısına cavab verib

 Cavad Zərif Səudiyyə Ərəbistanının XİN başçısına cavab verib

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanının XİN başçısı Feysəl bin Fərhan əl-Səudun ölkəsinin rəsmi Tehranla danışıqlara hazır olduğuna dair açıqlamasına münasibət bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, Cavad Zərif özünün “Twitter” səhifəsində İranın qonşu ölkələrlə danışıqlara həmişə açıq olduğunu qeyd edib.

 

"İran bölgənin mənafeyi və sabitliyi üçün atılacaq hər bir addımı dəstəkləyir və xalqlara ümid verəcək hər bir addıma şərik olmağa hazırdır”, - deyə İran XİN başçısı vurğulayıb.

 

Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanının XİN başçısı Feysəl bin Fərhan əl-Səud Davos İqtisadi Forumunda çıxışı zamanı ölkəsinin İranla danışıqlara hazır olduğunu bildirərək bu məsələnin İrandan asılı olduğunu bəyan edib.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanının XİN başçısı Feysəl bin Fərhan əl-Səudun ölkəsinin rəsmi Tehranla danışıqlara hazır olduğuna dair açıqlamasına münasibət bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-23-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap