header

 Ayətullah Amili: 20 yanvar qətliamının əmrini Amerika Konqresi vermişdir

 Ayətullah Amili: 20 yanvar qətliamının əmrini Amerika Konqresi vermişdir

Vəliyyi-fəqihin nümayəndəsi: “Əldə sənədlər vardır ki, 18 yanvar 1990-cı ildə Con Kerrinin də üzvü olduğu Amerika Konqresi SSRİ-nın sabiq başçısına məktub göndərərək Azərbaycan Respublikası xalqının qətliam fərmanını vermişdir.”

Tashaio.com xəbər verir ki, Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində 20 yanvar 1990-cı ildə Azərbaycan Respublikasında baş vermiş “Qanlı yanvar” hadisəsindən söz açmışdır.

Ayətullah Amili deyib: “20 yanvar münasibətilə Azərbaycan Respublikası xalqına başsağlığı verirəm. Həmin gün SSRİ ordusu tank, ağır silah və qüvvələr vasitəsilə Azərbaycanın öz ata yurduna, əsl və kökünə qayıtmaq istəyən günahsız və müdafiəsiz xalqını qətliam etdi. Azərbaycan xalqı və rəhbərləri bilməlidir ki, bu qanlar müstəqillik, öz ata-baba torpaqlarına, əslinə və kökünə qayıtmaq üçün tökülmüşdür.”

İmam cümə xütbəsinin davamında deyib: “Əldə olan bir sıra sənədlərə əsasən, 18 yanvar 1990-cı ildə Con Kerrinin də üzvü olduğu Amerika Konqresi SSRİ-nın sabiq başçısına məktub göndərərək Azərbaycan Respublikasının günahsız və müdafiəsiz xalqının qətliam fərmanını vermişdir. Bu məktuba görə 20 yanvar 1990-cı il Azərbaycanın məzlum xalqı qətliam edildi.”

Seyid Həsən Amili sonda vurğulayıb: “Azərbaycan Respublikası xalqı və dövlət siyasətçiləri bilməlidirlər ki, onların əsas düşməni Amerika və AİPAC-dır (sionist rejim). Bizim bir ortaq düşmənimiz vardır və o da Amerikadır.

İnşallah, Mütəal Allah bizi öz düşmənlərimiz Amerika və sionist rejimi qarşısında günbəgün daha çox birləşdirsin və gücləndirsin.”

Vəliyyi-fəqihin nümayəndəsi: “Əldə sənədlər vardır ki, 18 yanvar 1990-cı ildə Con Kerrinin də üzvü olduğu Amerika Konqresi SSRİ-nın sabiq başçısına məktub göndərərək Azərbaycan Respublikası xalqının qətliam fərmanını vermişdir.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-22-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap