header

 Həzrət Fatiməni (s.ə) qəzəbləndirən – Allahı qəzəbləndirib

 Həzrət Fatiməni (s.ə) qəzəbləndirən – Allahı qəzəbləndirib

Əbu Bəsir İmam Sadiqdən (ə) belə nəql edir: "Fatimə (s.ə) cəmadius-sani ayında, Allah Rəsulu (s) qırx beş yaşında olarkən anadan olmuşdur. O, Məkkədə səkkiz il, Mədinədə isə on il yaşadı. Atasının vəfatından doxsan beş gün sonra vəfat etdi.

O, Cəmadius-sani ayının üçüncü ongünlüyündə, hicrətin on birinci ilində vəfat etdi. Vəfat etməyinin səbəbi ikincinin Qunfuz adlı nökərinin, onun əmri ilə qılıncın qını ilə onu (Fatiməni (s.ə)) vurması oldu.

 

Belə ki, Möhsünü siqt etdi (düşürdü) və ağır xəstələndi. O, ona əziyyət verənlərin heç birini yanına buraxmırdı.

 

Allah Rəsulunun (s) iki səhabəsi Möminlərin əmiri Əlidən (ə) Fatimənin (s.ə) yanında şəfaətçi olmasını istədilər. İmam Əli (ə) də ondan, onları qəbul etməsini istədi. Fatimə (s.ə) də razılıq verdi.

 

Onlar onun hüzuruna daxil olub, soruşdular: "Ey Allah Rəsulunun (s) qızı, necəsən?". Fatimə (s.ə) buyurdu: "Allaha həmd olsun, yaxşıyam".

Sonra buyurdu: "Məgər eşitməmisiniz ki, Allah Rəsulu (s): "Fatimə – mənim bir parçamdır. Kim onu incidərsə, məni incidər. Kim məni incidərsə, Allahı incidər" – deyə buyurub? Allaha and olsun ki, siz məni incitdiniz".

Beləliklə də o iki nəfər onun hüzurundan çıxdıqları zaman Fatimə (s.ə) onlara qəzəbli idi".

 

(Mənbə:"Dəlailul-İmamət", Fatimənin (s.ə) vəfatı, dəfni və Möminlərin əmiri Əlinin (ə) başına gələnlər fəsli, hədis 43).

Hədisin sənədi mötəbərdir.

 

Şeyx Kuleyni səhih sənəd ilə İmam Kazimdən (ə) nəql edib ki, o Həzrət (ə) buyurub: "Fatimə (s.ə) – siddiqə və şəhidədir. Peyğəmbərlərin (ə) qızları heyz qanı görmürlər".

 

(Mənbə:"Üsuli-Kafi", höccət kitabı, Fatimə Zəhranın (s. ə) həyatı fəsli, hədis 2)

 

Allah Təala bizləri Həzrət Fatiməyi-Zəhranı (s.ə) dərk edənlərdən qərar versin!

 

Əbu Bəsir İmam Sadiqdən (ə) belə nəql edir: "Fatimə (s.ə) cəmadius-sani ayında, Allah Rəsulu (s) qırx beş yaşında olarkən anadan olmuşdur. O, Məkkədə səkkiz il, Mədinədə isə on il yaşadı. Atasının vəfatından doxsan beş gün sonra vəfat etdi.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-22-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap