header

 Qazaxıstan sərhədçiləri Xəzər dənizində Azərbaycan vətəndaşlarını saxladılar

 Qazaxıstan sərhədçiləri Xəzər dənizində Azərbaycan vətəndaşlarını saxladılar

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti ölkənin ərazi sularında dörd azərbaycanlını saxlayıb.

Trend bu barədə Qazaxıstanın Sərhəd Xidmətinə istinadən məlumat verir.


Qeyd olunur ki, insident yanvarın 21-dən 22-ə keçən gecə baş verib:

“Sərbaz” sərhəd gəmisi Xəzərin dəniz hüdudlarında xidmət apararkən radiolokasiya stansiyası ilə hədəf aşkar edib. Sərhədçilər beynəlxalq kanallarla sual göndəriblər, amma hədəf cavab verməyib. Nəticədə “Sərbaz” hədəfə doğru yollanıb”.
 
Məlumata əsasən, dayanmaq tələbinə cavab verməyən qayıq cənub-qərb istiqamətində uzaqlaşıb. Bununla əlaqədar sərhəd gəmisi təqibə başlayıb:

“Nəticədə sərhədçilər 1971, 1975, 1978 və 1983-cü il təvəllüdlü dörd Azərbaycan vətəndaşını saxlayıblar. “Qazaxıstan Respublikası dövlət sərhədinin qəsdən qanunsuz keçilməsi” maddəsi ilə ilkin istintaq başlayıb”.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti ölkənin ərazi sularında dörd azərbaycanlını saxlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-22-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap