İranlı deputat Trampın başına pul qoyub
İranlı deputat Trampın başına pul qoyub
Posted on : Digər sahələr 01/21/2020
İran Parlamentinin Kerman şəhərindən olan deputatı Əhməd Həmzə ABŞ prezidenti Donald Trampın başına 3 milyon dollar ödəməyi təklif edib. Bu barədə "İsnaNews" agentliyi yazıb.
"Kermanın bütün sakinləri general Qasim Süleymaninin yolunda öz canlarından keçməyə hazırdır. Həmin əhalini təmsil edərək onu deyə bilərəm ki, hər kəs Trampı öldürərək başını bizə gətirsə, həmin şəxsə 3 milyon dollar odəyəcəyik", - o, vurğulayıb.
Həmçinin Həmzə Tehranda İmam Xomeyni beynəlxalq hava limanının yaxınlığında Ukrayna təyyarəsinin qəzaya uğramasında birbaşa Vaşinqtonu günahlandırıb.