ABŞ etiraf etdi: Bacarmırıq
ABŞ etiraf etdi: Bacarmırıq
Posted on : Digər sahələr 01/18/2020
ABŞ səsdən sürətli silahlar sahəsində ilk işə başlayanlardan idi, lakin inkişaf uğursuz oldu və indi mövqeləri bərpa etmək üçün illər lazımdır.
Bu barədə RİA Novosti ABŞ Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Birliyinin sədr müavini, general Con Haytenə istinadən məlumat yayıb.
“Biz on il əvvəl irəlidə idik. İki proqramımız, iki prototipimiz var idi. Onlar çox da yaxşı işləmədilər", - deyən Hayten, Vaşinqtondakı Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində çıxışı zamanı etiraf edib.
İnkişafdakı bir uğursuzluqdan sonra, səsəbləri barədə uzunmüddətli araşdırma başladı və sonra proqramlar ləğv edildi. General ABŞ-ın bu sahədə işləru yeniləməsi üçün illər lazım olacağını qeyd edib və prosesi sürətləndirməyə çağırıb.
ABŞ son zamanlarda hipersonik raketlərin yaradılması üzərində fəal iş aparır. 2018-ci ildə ABŞ hakimiyyəti hava-yer raketi hazırlamağa başlayıb. Eyni zamanda, Hərbi Hava Qüvvələri üçün uzaqmənzilli hipersonik raket yaradılır. Yanvarın əvvəlində ABŞ Prezidenti Donald Tramp hipersonik silahların inkişafını təsdiqləyib.
2019-cu ilin dekabrında Pentaqonun rəhbəri Mark Esper ABŞ-ın hipersonik silahların inkişafında Rusiyadan geri qaldığını etiraf edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federasiya Məclisinə illik müraciəti zamanı Rusiyanın silahlanma məsələsində, o cümlədən nüvə silahında dünya birincisi olduqlarını açıqlamışdı.