Yəmən ordusundan Səudiyyə rejiminə ağır zərbə
Yəmən ordusundan Səudiyyə rejiminə ağır zərbə
Posted on : Digər sahələr 01/18/2020
Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Səudiyyə rejiminin başçılıq etdiyi koalisiya qüvvələrinə ağır zərbə vurduqlarını açıqlayıb.
Tashaio.com Əl-Məsirəyə istinadən xəbər verir ki, Sərii Səudiyyə rejiminə bağlı muzdlu qüvvələrinin Sənanın Nəhim cəbhəsinə girməyi planlaşdırdıqlarını, lakin Yəmənin müqavimət qüvvələrinin müdaxiləsi nəticəsində uğursuz olduqlarını bildirib.
Yəmən rəsmisi bu qarşıdurmada onlarla muzdlunun öldüyünü və ya xəsarət aldığını söyləyib.
Yəmənin müqavimət qüvvələri əvvəllər müharibənin müxtəlif cəbhələrində də Səudiyyə rejiminin qüvvələri ilə əlaqəli muzdlulara ağır zərbələr vurmuşdu.