header

 Lavrov: ‘Təyyarə qəzasından əvvəl 6 ədəd F-35 İran ətrafında uçurdu’

 Lavrov: ‘Təyyarə qəzasından əvvəl 6 ədəd F-35 İran ətrafında uçurdu’

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranda baş verən Ukrayna təyyarəsi faciəsinin insan səhvindən qaynaqlandığını və qəsdən edilən bir hərəkətin nəticəsi olmadığını qeyd edib.

Rusiya diplomatiyasının 2019-cu ildəki fəaliyyətlərinin qiymətləndirildiyi mətbuat konfransında danışan Lavrovdan, İranda Ukrayna təyyarəsinin vurulmasıyla bağlı fikirləri soruşulub.
 
“Bu bir insan səhvidir. Bunun qəsdən edilən bir hərəkət olmadığını hesab edirəm, hamı başa düşüb. İran da səhvini qəbul etdi”, - deyən Lavrov, ölənlərin qohumlarının təzminat almaq hüququna sahib olduğunu və İran tərəfinin bu müraciətləri nəzərə alacağını düşündüyünü söyləyib.
 
Lavrov Rusiyanın həm İrandakı təyyarə faciəsinin, həm də 2014-cü ildə Ukraynada baş verən Malayziya təyyarəsi faciəsi işinin aydınlaşdırılmasını istədiyini vurğulayıb.
 
ABŞ-ın İranın İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandiri şəhid general Qasım Süleymanini misli görülməmiş bir əməliyyatla öldürdüyünü və beynəlxalq hüququ tapdaladığını qeyd edən Lavrov, belə danışıb: “Mətbuatda gedən xəbərlərə görə, general Süleymaniyə qarşı hücumdan sonra iranlılar daha bir hücum gözlədi. Bu hücumun necə olacağını bilmirdilər, ancaq dərhal İran sərhədi üzərindəki hava məkanında 6 F-35 təyyarəsi var idi. Bu məlumatı yenidən təsdiqləməyə ehtiyac var, ancaq bu cür vəziyyətdə hər zaman sərhəddə hərəkət edildiyini söyləmək istəyirəm. İrandakı təyyarə faciəsi, Vaşinqton və Tehranın təhdidləri dayandırmaq və gərginliyi azaltmağın vaxtının gəldiyini göstərən bir siqnaldır”.
 
İranın nüvə sazişinə də toxunan Lavrov, Tehranın bu razılaşma üçün çox şey etdiyini və bunun qarşılığında Qərb ölkələrinin ticarət məhdudiyyətlərini qaldırması lazım olduğunu söyləyib.
 
ABŞ-ın əksinə, hamının İranla ticarətini qadağan etdiyini və sanksiyalarla hədələdiyini bildirən Lavrov, belə danışıb: “Avropa ölkələri sanksiyalardan yayınmaq üçün bir mexanizm hazırladı. Moskva əmindir ki, avropalılar mövcud vəziyyətin həlli üçün daha çox iş görməlidirlər və bunu edə bilərlər”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranda baş verən Ukrayna təyyarəsi faciəsinin insan səhvindən qaynaqlandığını və qəsdən edilən bir hərəkətin nəticəsi olmadığını qeyd edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-18-2020
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap