header

 5 gündür skamyada yatan vətəndaşlar və “gözəl vətəndaş” Koroğlunun heykəli

 5 gündür skamyada yatan vətəndaşlar və “gözəl vətəndaş” Koroğlunun heykəli

5 gündür skamyada yatan vətəndaşlar və “gözəl vətəndaş” Koroğlunun heykəli

Növbəti dəfə yeni icra başçıları və müavini işdən qovuldu. Küllü miqdarda rüşvət faktı ortada vardır. Bəli, əgər xalqın bu haqda rəyini bilmək istəsəniz, onlar deyir ki, bu, aysberqin görünən hissəsidir. Həm də deyirlər ki, bu, iki klan akulalarının bir-birinin qırması nəticəsində arada qalan balaca balıqlar qismindən olan məmurlardır. Əvvəllər də bu haqda yazmışdıq. Yuxarıdan bu cür camışlara deyirlər ki, yeyib-talayın, Heydər Əliyev adına park düzəldin, ağac əkin, büst qoyun, “Heydər Əliyevin nəvələriyik” müsabiqəsi təşkil edin, qalanını da heç kim görməsə çırpışdırın. Bunlar da çırpışdırıb yuxarılara da ötürürdülər. Belə ki, vaxt gəlir bunları yem etmək məsələsi ortaya çıxır. DTX tamaşası araya girir və ictimaiyyətə yayırlar ki, məmur rüşvət üstündə tutulub. Yalansa rüşvət alan yerdə ildırım tutsun sizi. Bütün rüşvətxorluğun başında elə hakimiyyət durur. Vurulan başçılar akulaların yemidir.


Saytda yazılıb ki, iki yaşlı qadın (ana-bala) dörd-beş gündür ki, skamyada yatır. Soyuqdan donurlar, qan qusurlar, hətta xanım deyir ki, yaşlı anasını belində gəzidirir. Bu cür vətəndaşı skamyada yatan zillət vəkilini də icra başçısını da aylardır skamyada yatızdırmaq lazımdır. Amma bunlar nə edir, Koroğluya heykəl qoyurlar.

Rəssam güya rəhbərliyə təklif edib ki, Siyəzəndəki “Beşbarmaq piri” deyilən yerdə Koroğluya 18 metr hündürlüyündə bir heykəl qoyulsun. Güya Koroğlu at belindədir, at uçur, atın aşağısında da qartallar pərvaz edir. Rəhbərlik də razı olub. Bəlkə də demək istəyirlər ki, biz zillət vəkillərinin sirkini buraxıb onları iti qovan kimi qovduq, icra başçılarını içəri basdıq, bəs siz də Koroğlu kimi “gözəl vətəndaş “olun. Axı, İlham Əliyev bundan qabaq Koroğlunu mədh edəndə “Koroğlu gözəl vətəndaş olub” demişdi. Yəqin bununla demək istəyirlər ki, İlham Əliyev bir Koroğlu olub düşüb qudurğan icra başçılarının, rüşvətxorların, zillət vəkillərinin canına, bundan sonra gərək mitinqlərdə etiraz edən insanlar da Koroğlu kimi “gözəl vətəndaş” olsunlar.

Amma keçməyəcək, bu plan da işləməyəcək. Çünki buraxılan zillət vəkillərinin ən azından əlli (bəlkə də çox) faizi yenidən seçiləcək, qalan yerlərə də təzə yaltaqlar, rüşvətxorlar, bacarıqsızlar seçiləcək. Baxarsınız, yenə də sirkin siması ağlamalı vəziyyətdə olan Fəzail Ağamalı, Elman Nəsirov, Qüdrət kimi ünsürlərdən təşkil olunacaq. Xalq isə bunlara inanmır, “olmayan islahatınız gözünüzə girsin”, “saxta seçkiləriniz başınıza dəysin” deyirlər. Bilirsinizmi niyə? Çünki belə görünür ki, bunların təfəkkür tərzi hələ də dəyişməyib. Diktaturanın hökm sürdüyü ölkədə güya yeni “əldəqayırma” sirk gəlsə, qoca GÖZƏGİRƏNLƏRİ cavan GÖZƏRİƏNLƏR əvəzləsə, şərəfsiz məmur qovulandan sonra yerinə gələn şərəfsizlik etmək üçün gələcəksə nə fayda? Bu rejim, kökündən qazılıb tarixin yox, (çünki tarixin zibillikləri bunlar üçün yaxşı haldır) Balaxanının zibilliklərinə gömülməsə xeyri yoxdur.
5 gündür skamyada yatan vətəndaşlar və “gözəl vətəndaş” Koroğlunun heykəli
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-23-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap