header

 İtin nəcis hesab olunması, onu nifrət olunan məxluqa çevirirmi?

 İtin nəcis hesab olunması, onu nifrət olunan məxluqa çevirirmi?

Bəzilərinin nəzərinə görə, it də başqa heyvanlar kimidir və buna görə onun nəcis olmasını qəbul edə bilmirlər. Bəs nə üçün it nəcis hesab olunur?

Qurani-Kərim üç dəfə itin adını çəkmiş və onunla bağlı xəbərlər vermişdir. Ancaq heç birində onun nəcis olub-olmadığı barəsində bir şey deyilməmişdir. Bəs nə üçün it nəcis sayılır?

 

Quran elə bir səma kitabıdır ki, insan həyatına aid olan qanunların ümumi halda adını çəkmişdir. Quranda firuid-dinə aid mövzular çox az zikr olunmuşdur.

Ona görə də əhkam elmi əsasən hədislərin üzərində qurulmuşdur.

(Onları) aydın dəlillər (möcüzələrlə) və ibrətamiz səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Qur’anı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər”. (“Nəhl” 44).

 

Bu səbəbdən bizim bu suallarımıza cavabı əhkamda və hədislərdə axtarmaq lazımdır. Hədislərimizin nəzərinə görə it nəcisdir və onu başqa nəcislərin sırasında qeyd etmişdir.

İtin zahiri nəcisdir – istər tükü olsun, istərsə də dərisi. Əgər nəm halda insana dəyərsə, onu nəcis edər. Ancaq bunu iddia edə bilmərik ki, it çox çirkin bir varlıqdır. Xeyr, belə bir şeyi iddia edə bilmərik. Çünki it də Allahın məxluqudur.

 

İt də qan kimi nəcisdir. Amma axı qana pis xasiyyətə malik olan bir şey kimi baxılmır. Əgər qan olmazsa, insan bədəni ölər. Heç bir insan qan olmadan yaşaya bilməz. Ancaq buna baxmayaraq qan nəcisdir.

İtin nəcis olmasının vəfadar olması ilə heç bir əlaqəsi yoxdur. İt də başqa heyvanlar kimi bəzi hüquqlara malikdir.

Hər bir halda deyə bilərik ki, itin nəcisliyi o mövzulardandır ki, hədislərimiz onu təsdiq etmiş və bizə ondan uzaq durmağı göstəriş vermişdir. İt də qan kimi, cəsəd kimi, sidik kimi nəcis hesab olunur.

 

Bunlar – əhkami məsələlərdir. Ancaq bu, o demək deyildir ki, it nifrət olunan bir varlıqdır. Belə deyildir. İt də başqa heyvanlar kimi hüquqlara malikdir, ancaq zahiri nəcis olduğundan, göstəriş verilir ki, onunla təmas quran zaman əlləri yumaq lazımdır. Əgər nəm tükləri ilə sızə toxunubdursa, paklanmaq lazımdır. Bütün bunlar əhkamın buyurduqlarıdır ki, hər bir müsəlman ona əməl etməlidir.

 

Müsəlman üçün it saxlamaq – bəyənilməyən mövzudur. Və nəm itə toxunduqda, insan həmin yeri paklamalıdır. Amma bu, başqa heyvanlar kimi, itə qarşı da mərhəmətli olmaq vəzifəsini insanın üzərindən götürmür. Müsəlman it saxlamamalı, nəm itə toxunduqda paklanmalı, amma eyni zamanda, itin hüquqlarını qorumalı və ona mərhəmət etməlidir.

Bəzilərinin nəzərinə görə, it də başqa heyvanlar kimidir və buna görə onun nəcis olmasını qəbul edə bilmirlər. Bəs nə üçün it nəcis hesab olunur?
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-15-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap