header

 Hindistanda anti-müsəlman vətəndaşlıq qanunu və etirazlar

 Hindistanda anti-müsəlman vətəndaşlıq qanunu və etirazlar

Hindistanda federal parlamentinin mübahisəli vətəndaşlıq qanunları qonşu ölkələrdən gələn 6 fərqli dini qrupa vətəndaşlıq üçün yol açdığı halda, eyni mövqedə olan müsəlman mühacirlərini vətəndaşlıqdan məhrum edir.

Tashaio.com xəbər verir ki, New York Times qəzetinin yazdığına görə, Hindistandakı müsəlmanlar hökumətin son addımlarından narahatlıq keçirirlər.
 
Hindistan müsəlmanları qanun layihəsini dünyanın ən böyük müsəlman əhalisi olan Hindistanı, 200 milyon müsəlmanı ikinci dərəcəli vətəndaş etmək və əksəriyyətini vətəndaşlığı olmayan bir adam etmək üçün atdığı addım olaraq görürlər.
 
Hindistan Müsəlman Assambleyasının prezidenti və Heydərabad Millət vəkili Əsəduddin Uveysi "Totalitarizmə, faşist bir dövlətə doğru gedirik. Hindistanı teokratik bir ölkəyə çeviririk." deyib.
 
May ayında ümumi seçkilərdə qalib gələn Hindistanın Baş naziri Narendra Modi və partiyası, indiyə qədər hindu millətçilərini məmnun edən müsəlmanlar üçün xoşagəlməz adımlar atır.
 
Baş nazir Modi və Hindistanın Xalq Partiyası (BJP) əvvəlcə Assamdakı Milli Vətəndaşlar Qeydiyyatı (NRC) siyahısından 1.9 milyon adamın, əsasən də müsəlmanların çıxarılmasına çalışır.
 
Hindistan hökuməti Pakistan, Banqladeş və Əfqanıstandan gələn Hindu, Xristian, Buddist, Jain, Parsi və Xristianları vətəndaşlıq Dəyişiklikləri Qanunundan qorumağa çalışdığı halda, qanun ailələrində nəsillər boyu Hindistanda yaşadıqlarına dair dəlil gətirə bilməyən müsəlmanların həbs və ya deportasiyasını asanlaşdırır.
 
Modinin hakimiyyəti dövründə Hindistanda anti-müsəlman anlayışı daha geniş yayılıb. Son illərdə müsəlmanlara qarşı nifrət artıb. 
 
"Müsəlman ölkələri var, yəhudi ölkələri var, hər kəsin öz kimliyi var. Və biz milyarddan çoxuq, doğrudur? Mütləq biz də bir kimliyə sahib olmalıyıq" deyə qanunu müdafiə edən Hindistanın tanınmış aktyoru və parlament üzvü Ravi Kişan bildirib. 
 
Qanun layihəsinə qarşı şimal-şərq əyalətlərində etiraz aksiyaları keçirilir, nümayişçilər Modi və daxili işlər naziri Amit Şahın plakatlarını yandırır və kuklalarını asırlar. Bölgə xalqı məktəbləri və bazarları bağlamaq üçün aksiyalar təşkil etməyə hazırlaşır.
 
Hindistan Milli Konqresinin (INC) üzvləri qanun layihəsinə münasibət bildiriblər. Ölkənin qurucu liderləri Mahatma Qandi və Javaharlal Nehru Hindistan əhalisinin 80 faizinin Hindu olmasına baxmayaraq, rəsmi olaraq Hindistanı bir Hind ölkəsi olaraq tanınmadığını xatırladıb.
 
"Hindistan hamıya aiddir. Bütün icmalara, bütün dinlərə və bütün mədəniyyətlərə" deyə, INC-nin keçmiş lideri və Javaharlal Nehrunun nəvəsi Rahul Qandi deyib.
 
Assamdakı insan hüquqları üzrə vəkil Aman Vadud iqtisadiyyatın bərbad vəziyyətə gəldiyinə işarə edərək, "qanun ölkəni qütbləşdirir və insanların diqqətini başqa istiqamətə çəkir", deyə bildirib.
 
Hökumətin minlərlə mühacir üçün geniş bir həbsxana şəbəkəsi qurduğunu ifadə edən müxalifət, müsəlmanların buraya göndərilə biləcəyini söylədi.
 
Qanun layihəsinə cavab olaraq, vətəndaşlıq haqqında qanun Hindistanda yaşayan müsəlmanları müəyyənləşdirmək və deportasiya etmək üçün edilən kampaniyaların bir hissəsi olduğu deyilir.
 
Qanunun tərəfdarları, vətəndaşların deyil, Hindistandakı müsəlman mühacirlərin ölkəni tərk edərək qonşu ölkələrə sığınmalarını istədiklərini söyləyirlər.
 
Hindistanı Hindu millətinə çevirmək Modi və əvvəllər üzv olduğu Hindu millətçi təşkilatı Hindistan Könüllülər Təşkilatının (RSS) əsas məqsədidir.
 
Daxili İşlər Naziri Amit Şah, Assamda vətəndaşlıq qeydiyyatı işinin bütün ölkədə tətbiq ediləcəyini açıqlayaraq, hindular və qeyri-müsəlmanları yeni qanun layihəsi ilə qorumaq vəd etdiyi halda, "hədəfin müsəlmanlar olduğunu" açıq şəkildə bildirib.
Hindistanda federal parlamentinin mübahisəli vətəndaşlıq qanunları qonşu ölkələrdən gələn 6 fərqli dini qrupa vətəndaşlıq üçün yol açdığı halda, eyni mövqedə olan müsəlman mühacirlərini vətəndaşlıqdan məhrum edir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-11-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap