header

 Nəsimi üçün ağac əkməkdənsə gedin onun Allahına bir dəfə səcdə edin

 Nəsimi üçün ağac əkməkdənsə gedin onun Allahına bir dəfə səcdə edin

Nəsimi üçün ağac əkməkdənsə gedin onun Allahına bir dəfə səcdə edin

Sonuncu etiraz aksiyası xəbis hakimiyyətin dərisinə necə saman təpibsə başlarını itiriblər, bilmirlər nə işlə məşğul olsunlar. Deputatxananı buraxıb ağac əkməyə gedirlər. Ad da olur ki, güya Nəsiminin 650 illiyinə dair iş görürlər. Miskin hakimiyyət o qədər başını itirib ki, zooparkı, sirki xatırladan deputatxananın buraxılmasıyla olmayan islahatla ayaqlaşa bilməməsi arasındakı əlaqənin nə olduğunu bilmədikləri kimi dahi şairimiz Nəsimiylə ağacəkmə arasındakı əlaqənin də nə olduğunu bilmirlər. Gedin, öz dədə-babanızın dünyaya gəldiyi günün ildönümündə ağac əkin. Ağaclarınız da başınıza dəysin. Ondansa ölkədə Nəsiminin ideallarını yaşadın.


Deməli, İlham Əliyev “Koroğlu gözəl vətəndaş olub” deyəndə camaat dedi ki, Koroğlu sağ olsaydı sizin oliqarx, quldur, rüşvətxor məmurlarla mübarizə aparardı. Siz də məcbur olub onu həbs edəcəkdiniz. Daha sonra ağacəkmə teatrında iştirak edən Mübariz Qurbanlı deyəndə ki, peyğəmbərlər sağ olsaydı Azərbaycanda yaşamağı seçərdilər, ona da qeyrətli vətən oğlu Hacı Tale Bağırzadə dedi ki, peyğəmbərlər burda yaşasaydı həbsdə olardılar. İndi də əlləri hər şeydən çıxan bu xəbis rejim Nəsiminin 650 illik yubleyi münasibətilə ağac əkir. Halbuki elə Nəsimini bu cür bir xəbis rejim qətlə yetirdi.

Nəsimi üçün ağac əkməkdənsə gedin onun ideallarını yaşadın. Nəsimi dindar, mömin, Məhəmməd peyğəmbərin, Həzrət Əlinin aşiqi bir insan olub. Ermənilərlə rumka vurmaq istəyən, ermənilərdən bir qarış torpaq ala bilməyən, qorxudan müharibə etməyən, haqqı deməyən, haqqı deyənləri diri-diri soyan, ömründə bir dəfə Allah üçün diz qatlayıb namaz qılmayan bu insanlar indi güya Nəsimiyə olan sevgilərini izhar edirlər. Halbuki bunların bütün məhəbbətləri, dinləri, səcdələri, hətta nəsimiləri də ancaq puldur.
Hələ utanmaz-utanmaz Kotlet Siyavuşu da qabağa verib danışdırıblar. O da deyib ki, bura gələn insanların sayı müxalifət mitinqlərinə gələn insanların sayından daha çoxdur. Elə də olmalı idi. Çünki orada sizin hakimiyyəti ayaqda tutan ermənisifət polislər yoxdur, ora gedən yollar bağlanmayıb, orda iştirak edənləri polis bölməsinə çağırıb dindirmirlər. Üstəlik orda iştirak edən yazıqlar ya YAP-ın üzvləridir, ya da məcburən məktəbdən, iş yerindən çıxartmaqla hədələyib ora aparıblar. Allah bilir ta ora gedənə qədər elə bilirdilər ki, Hafiz Hacıyevin mitinqinə gediblər.
Nəsimi üçün ağac əkməkdənsə gedin onun Allahına bir dəfə səcdə edin
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-08-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap