header

 Şeyx Zəkzakinin Kaduna mərkəzi həbsxanasına köçürülməsi pislənilib

 Şeyx Zəkzakinin Kaduna mərkəzi həbsxanasına köçürülməsi pislənilib

Nigeriya Islami Hərəkatı (IMN) hökumətin Şeyx Zəkzaki və onun həyat yoldaşının Kaduna mərkəzi həbsxanasına köçürülməsi qərarını pisləyib.

Tashaio.com “tv360nigeria” saytına istinalda xəbər verir ki, hərəkat sözçüsü İbrahim Musa yayımladığı bəyanatda bildirilir ki, 2015-ci ildə edilmiş hücum nəticəsində  yaralanıb və həbs olunan  hərəkat üzvlərinin bir çoxu  Kaduna əyalətinin mərkəzi həbsxanasında müalicə üçün tibbi  imkanlar olmadığı üçün həyatlarını itirib.  Səhhətində ciddi problemləri olan və həyatı təhlükədə olan Şeyx Zəkzakini belə bir həbsxanaya köçürtmək ona qarşı  təzyiqi artırmaq məqəsdilədir. 
 
“Biz səhhətlərində ciddi problemləri olan  hərakat liderimiz Şeyx Zəkzaki və  onun həyat yoldaşına qarşı hər növ təzyiqi pisləyirik.  Şeyx Zəkzaki və onun həyat yoldaşının dərhal və heç bir şərt olmadan azad olunmasını tələb edirik və heç vaxt bu qanuni istəyimizdən geri çəkilməyəcək, təslim olmayacayıq.”
 
Qeyd edək ki, bir neçə gün öncə Kaduna əyalətinin Ali Məhkəməsi  Şeyx İbrahim Zəkzaki  və onun həyat yoldaşının   Kaduna mərkəzi həbsxanasına köçürülməsi ilə bağlı qərar qəbul edib.
 
Xatırlaqdaq ki, Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.
 
17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kaduna vilayəti ali məhkəməsinə ərizə göndərilib. 
 
Avqustun 5-də Nigeriya məhkəməsi ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının müalicə üçün Hindistana getməsi haqqında qərar çıxardıb.
 
Avqust ayında Nigeriya hökuməti Şeyx İbrahim Zəkzaki və həyat yoldaşını Hindistanda müaliciyə gönərib. Lakin daha sonra Şeyx İbrahim Zəkzakinin həyatına təhülkə olması etirazından sonra Nigeriya hökuməti Şeyxi Nigeriyaya geri qaytararaq naməluma şəraitdə saxlayırdı.
 
Nigeriyanın müxtəlif bölgələrində Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilir. İndiyədək onlarla Əhli-beyt (ə) ardıcılı bu aksiyalarda polis tərəfindən güllənərək şəhid edilib və çox sayda insan yaralanıb.
Nigeriya Islami Hərəkatı (IMN) hökumətin Şeyx Zəkzaki və onun həyat yoldaşının Kaduna mərkəzi həbsxanasına köçürülməsi qərarını pisləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-07-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap