Ərdoğan NATO-ya sərt ultimatum verdi
Ərdoğan NATO-ya sərt ultimatum verdi
Posted on : Digər sahələr 12/03/2019
Ərdoğan NATO-ya sərt ultimatum verdi
Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib ki, əgər NATO ölkəsi üçün ciddi təhlükə yaradan təşkilatları terrorçu kimi tanımasa Ankara Alyansın Baltiya ölkələri və Polşanı müdafiə planını dəstəkləməyəcək.
Tashaio.com-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri dövlət başçısı dekabrın 3-4-ü Londonda keçiriləcək NATO-nun sammitinə uçuşundan qabaq jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Türkiyə çoxvektorlu xarici siyasət aparır və ölkənin coğrafi mövqeyinə uygun olaraq öz hədəflərini güdür.
"Əgər dostumuz olan NATO bizim terrorçu saydığımız təşkilətları terrorçu kimi qəbul etməsə biz Alyansın atdığı hər addımına qarşı çixacağıq", - deyə Ərdogan vurğulayıb