header

 “Prezident məmurlarla bacarmır” sözü yalan imiş, fitnənin başı İlham Əliyevdir

 “Prezident məmurlarla bacarmır” sözü yalan imiş, fitnənin başı İlham Əliyevdir

“Prezident məmurlarla bacarmır” sözü yalan imiş, fitnənin başı İlham Əliyevdir

İndiyədək hakimiyyət bilərəkdən insanlara şüuraltı təlqin edirdi ki, sən demə İlham Əliyev yaxşı insandır, bomba oğlandır, amma ətrafında işləyən məmurlar pisdir. Deyəndə ki, axı pisdirsə onları niyə dəyişmir? – deyirdilər ki, onlarla bacarmır. Əlbəttə bütün bunlar boş-boş, heç bir mənası olmayan sözlər idi. Çünki bədəbəddə düzəməlli insan belə vəziyyətədə istefa verməli, yaxud xalqa müraciət etməli, ondan kömək istəməliydi. Əliyev isə bunları etmədi. İndilərdə o – indiyədək baş tutmuş aksiyalardan qorxuya düşüb parlamenti buraxır. Çünki xalq uzun illərdir qoca, qartımış, heç bir p..xa dərman olmayan zillət vəkillərinə nifrət edir, onları söyür, təhqir edirdilər. Əliyev də güya xalqın xoşuna gəlmək, qəzəbini söndürmək üçün sirk və zooparkı xatırladan deputatxananı bağlayır.

Ondan əvvəl və sonra isə deputatlar kimi qartımış, qoca qurd olan, xalqın qanına susayan məmurları qovur. Parlamentin buraxılmasından əvvəl Ramiz Mehdiyev kimi qoca qurdlar getmişdisə, buraxılandan sonra Əli Həsənov kimi köməkçilər rədd olub getdi. Təbii ki, bütün bunlar gözdən pərdə asmaq üçündür. İnanmırıq ki, bu adamlar köklü şəkildə rədd olub getsin. Hansısa vəzifədə gizlicə qalıb yenə xalqı bədbəxt etmək barədə planlar cızmaları labüddür.

Yaxşı bəs nə oldu? Nə baş verdi? Əslində İlham Əliyev bu işi görməklə özünü bir az daha çox rüsvay etdi. Allah bu insanı elə günə qoyub ki, yaxşı iş gördüyünü zənn etdiyi iş də görəndə ziyanına işləyir. O isə bunları görmür, anlamır, başa düşmür, analiz edə bilmir. O, anlamır ki, indi onun tərəfini saxlayıb “prezident yaxşıdır ətrafındakılar xarabdır” deyənləri də pis vəziyyətdə qoyub. Çünki indiyədək deyirdilər ki, İlham Əliyev yaxşıdır, amma dövrəsi xarabdır. Bunun ardınca da deyirdilər ki, o məmurlarla bacarmadığı üçün onları çıxara bilmir. İndilərdə isə məlum olur ki, məmurları lap yaxşı işdən çıxara bilir. Düzdür, kök salmış bir sıra məmurlar, ən əsas onun hakimiyyətini saxlayan güc strukturları hələ də qalmaqdadır. Nəticə isə göz qabağındadır. Yəni o, istədiyi şəxsi çətin də olsa işdən çıxara bilir.

Belə olan halda isə İlham Əliyevin xalqın qəzəbindən qorxub islahat adıyla məmurları tullamaqla xalqı aldatmamalıdır. Çünki Əliyevin başında xalqı soymaq, talamaq, hakimiyyəti qəsb etmək üçün indi də başqa zəhərli planlar mövcuddur. Bu həmin adamdır ki, məmurları işdən qova bildiyi halda qovmurdu. Qova bilməməsi də o mənaya gəlir ki, o, əslində düzgünlüyün, ədalətin tərəfdarı deyildi. Yəni bütün fitnələrin başında elə özü dayanırdı. Məmurlar onun qulbeçəsi idi. Bir halda ki, bütün fitnələrin başında özü dayanırdı, istədiyi vaxt məmurları qova bilərdi, deməli elə həmin fitnə başı özü getməsə yeni məmur-deputat yığını ilə xalqı bir başqa cür soyub talayacaq, oğurlayacaqdır. Odur ki, ona əsla və qətiyyən inanmamalıyıq.
“Prezident məmurlarla bacarmır” sözü yalan imiş, fitnənin başı İlham Əliyevdir
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 12-02-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap