İranın bir neçə şəhərində Azərbaycan Respublikası şiələrinin məzlumluğu nümayiş etdirilib - Foto
İranın bir neçə şəhərində Azərbaycan Respublikası şiələrinin məzlumluğu nümayiş etdirilib - Foto
Posted on : Digər sahələr 09/10/1398
Nardaran hadisəsindən 4 il ötməsinə baxmayaq Azərbaycan Respublikasında Nardaran şəhidlərinə xatirə və anım mərasiminin keçirilməsi polisin ciddi yasaqları ilə qarşılaşmışdır. Bu üzdən son günlərdə İranın müxtəlif şəhərlərində Nardaranın məzlum şəhidlərinə anım mərasimləri təşkil olunmuşdur. Şəhidlərin anım mərasimləri Təbriz, Zəncan, Ərdəbil, Bicar, Urmiya şəhərlərində, habelə Tehranın İmam Sadiq (ə) və Şəhid Behişti universitetlərində keçirilmişdir.
Qanlı Nardaran faciəsindən 4 il ötməsinə baxmayaraq Bakı dövləti bütün səyini işə salaraq ötən 3 ildə olduğu kimi faciədə şəhid olanlara anım mərasimi keçirilməsinin qarşısını alır. Bu il də şəhidlər üçün Maştağada təşkil olunan mərasimə hücum edərək mərasimin keçirilməsinin qarşısını almışdır.