header

 Avroviziya ilə bağlı Avropa ölkələrindən biri AYILDI

 Avroviziya ilə bağlı Avropa ölkələrindən biri AYILDI

Macarıstan gələn il Avroviziya Mahnı Müsabiqəsində iştirak etməmək qərarına gəlib. Yarış mayın 12-dən 16-dək Rotterdamda (Nidderland) keçiriləcəkdir.

Tashaio.com bildirir ki, "The Guardian"ın öz mənbələrinə istinadən verdiyi məlumata görə, musiqi yarışması sağçı Macarıstan hökuməti və dövlət mediası direktorlarının gözü qarşısında getdikcə "çox homoseksual" hala gəlibdiyi üçün belə qərar verilib.

"İştirakdan imtina edilməsinin rəsmi səbəbinin bildirilməməsinə baxmayaraq, bu addım Macarıstanda son zamanlar homoseksuallara qarşı addımların artması fonunda baş nazir Viktor Orbanın başlatdığı "ailə hər şeydən önəmlidir" siyasətinin icrası ilə müşahidə olunur. Baş nazir ənənəvi ailələrə kömək və doğuş nisbətlərini artırmağa yönəlmiş  layihələri dəstəkləyir", - deyə nəşr yazır.

2019-cu ilin əvvəlində Macarıstan parlamentinin spikeri eynicinslilərin evlənərk övladlığa uşaq götürməsini pedofiliya ilə müqayisə edib. Milli televiziyada çıxış edən şərhçisi isə Avroviziya müsabiqəsini "homoseksual flotu" adlandırıb və iştirakın millətin zehni sağlamlığına zərər verəcəyini söyləyib.

Hökumət sözçüsü Zoltan Kovaçis, ""Eurovision 2020"də iştirak etmək əvəzinə, istedadlı Macarıstan musiqiçiləri tərəfindən yaradılan qiymətli məhsullara dəstək olacağıq",- deyə bildirib.

Macarıstan gələn il Avroviziya Mahnı Müsabiqəsində iştirak etməmək qərarına gəlib. Yarış mayın 12-dən 16-dək Rotterdamda (Nidderland) keçiriləcəkdir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-28-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap