header

 Ali Dini Rəhbər: “İsrail rejiminin yox olması, Fələstinin həqiqi sahiblərinin öz dövlətlərini seçmələridir”

 Ali Dini Rəhbər: “İsrail rejiminin yox olması, Fələstinin həqiqi sahiblərinin öz dövlətlərini seçmələridir”

Ali Dini Rəhbər: “İsrail rejiminin yox olması, Fələstinin həqiqi sahiblərinin öz dövlətlərini seçmələridir”

Ali Dini Rəhbər Ayətullahul-üzma Seyyid Əli Xamenei deyib ki, İsrail rejimini ortadan qaldırmağın mənası müsəlmanlar, yəhudi və xristianlardan ibarət olan fələstinlilərin öz müqəddəratını təyin etməsi və Netanyahu kimi pis insanı çölə atması deməkdir.

 

Tashaio.com Mehrə istinadən xəbər verir ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyyid Əli Xamenei əziz peyğəmbərimiz Həzrəti Muhəmməd Mustafanın (s) mübarək mövludu ilə İmam Cəfər Sadiqin (ə) mübarək mövludunun ildönümü münasibətilə bəzi İslami nizam rəsmiləri 33-cü İslami Vəhdət Konfransının qonaqları, müsəlman ölkələrinin səfirləri və xalqın fərqli təbəqələriylə görüşüb.

 

Ali Dini Rəhbər Ayətullahul-üzma Seyyid Əli Xameneinin görüşdəki çıxışının bəzi hissələri aşağıda qeyd olunub:

 

- Fələstin xalqını dəstəkləyirik. Biz yəhudi düşməni deyilik.

 

- İsrail rejimini ortadan qaldırmağın mənası, fələstinlilərin, müsəlmanların, yəhudilərin və xristianların öz müqəddəratlarını təyin etmələri və Netanyahu kimi pis insanları qovması deməkdir.

 

- İran İslam Respublikası İslam ümmətini birləşdirməyin vacibliyinə həqiqətən inanır.

 

- Birlik bir neçə səviyyədən ibarətdir, ən aşağısı məzhəb və etnik mənsubiyyətin bir-birinə hücum etməməsidir. Daha yüksək bir səviyyədə ortaq bir düşmənə qarşı birləşmək və daha yüksək bir səviyyədə isə, bütün İslam dünyasının yeni bir İslam sivilizasiyasına qovuşmasıdır.

 

- Əgər İslam ölkələri birliyin ən aşağı səviyyəsinə əməl etsəydi, İslam dünyasında hər hansı bir fəlakət olmazdı. Hal-hazırda Fələstin məsələsi İslam dünyasının ən böyük fəlakətidir.

 

- Fələstinə dair mövqeyimiz qəti və aydındır. İmam Xomeyni İslam inqilabından əvvəl sionistlərin zülmü və təhlükəsi mövzusunda xəbərdarlıq etmişdi. İslam inqilabından sonra, İran bir sionist mərkəzini fələstinlilərə təqdim etdi. Bu həm real, həm də simvolik bir iş idi. Fələstinlilərə kömək etdik və nə olursa olsun, kömək etməyə davam edəcəyik. Bütün İslam dünyası bunu etməlidir.

 

İmam Xomeyni ilə İran rəsmilərinin bəyanatlarında “İsrail rejimini ortadan qaldırmaq” mövzusu var. Bu yəhudi xalqını ortadan qaldırmaq demək deyil. Onlarla heç bir işimiz yoxdur. Bu yəni o rejimin yox olması deməkdir. Sionist rejimin yox olması, işğal olunmuş ərazilərin əsas sahibi olan Fələstin xalqının öz hökumətlərini seçməsi və Netanyahu kimi pis insanları məhv etməsidir. Bu qətiyyən baş verəcək. 60 ildən sonra müstəqil olmuş və öz millətlərinə qayıdan Balkanlar kimi.

 

- Biz Fələstin xalqı və müstəqilliyinin tərəfdarıyıq, yəhudi düşməni deyilik. Yəhudilər ölkəmizdə təhlükəsiz şəraitdə yaşayırlar.

 

- Biz (İslam dünyasında) birliyin tərəfdarıyıq və bunun üçün səmimi qəlbdən çalışırıq. Bu fikrin (İslam Birliyi) düşmənləri var. Onun əsas düşmənləri ABŞ hökuməti və sionist rejimdir.

 

- ABŞ təkcə İran İslam Respublikasının düşməni deyil. İslam dünyasına, Fələstinə, Qərbi Asiya və Şimali Afrika xalqlarına düşməndir. Onun düşmənçiliyinin əsas səbəbi İslamın özüdür. ABŞ İslamın məntiqi və mənasına qarşıdır. Onlar eyni zamanda səudiyyəlilərə də qarşıdır. Səudiyyələrin puldan başqa bir şeyi olmadığını söyləmək bir düşmənçilik deyil? Bu bir ölkə və millətə olan açıq bir düşmənçilikdir və digər tərəf bu təhqirə qarşı vəzifəsinin nə olduğunu başa düşməlidir.

 

 

- ABŞ qüvvələrinin bölgədə olmasının nəticəsi şər, korrupsiya, etibarsızlıq və İŞİD kimi bir terror təşkilatının qurulmasıdır.

Ali Dini Rəhbər: “İsrail rejiminin yox olması, Fələstinin həqiqi sahiblərinin öz dövlətlərini seçmələridir”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-16-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap