header

 General Azərbaycan sərhədçilərini nümunə göstərdi

 General Azərbaycan sərhədçilərini nümunə göstərdi

İran ilə Azərbaycan sərhədçiləri arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələri yüksək səviyyədədir.

İranın Pakistan və Əfqanıstan ilə sərhədlərindəki vəziyyətlə tanış olmaq üçün Sistan-Bəlucistan vilayətinə səfər edən Q.Rzayi Zahedan şəhərində jurnalistlərin suallarını cavablandırıb. Suallardan birinin cavabında general Azərbaycan ilə İran sərhədçilərinin əməkdaşlığını nümunə göstərib. Qeyd edib ki, uğurlu əməkdaşlıq sayəsində hər iki ölkənin sərhədi daha yaxşı mühafizə edilir və təhlükəsizlik təmin olunur. Onun sözlərinə görə, qarşıya çıxan hər hansı problem uğurlu qarşılıqlı əməkdaşlıq sayəsində tez bir zamanda həllini tapır.

Xatırladaq ki, Əfqanıstandan İrana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələr daxil olur. Qaçaqmalçılar İran ərazisindən tranzit kimi istifadə edərək narkotik vasitələri Avropa ölkələrinə daşıyırlar. İran bu mənfi halla fəal mübarizə aparır. Əfqanıstan-İran sərhədində sərhədçilər tərəfindən hər il 10 tona yaxın narkotik maddə tutulur. Burada İran sərhədçiləri ilə qaçaqmalçılar arasında tez-tez silahlı insidentlər yaşanır. İndiyədək baş vermiş insidentlər nəticəsində İranın 20-dən çox sərhədçisi şəhid olub.


    İran ilə Azərbaycan sərhədçiləri arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələri yüksək səviyyədədir.
    admin
    Date published: 12:00
    10 / 10ScaleMaximum stars
    Starts: 11-13-2019
    Ends: Duration:
    P.O. Box:
    Ardabil,
    Iran


    Post a comment Related content

    Send
    دانلود آهنگ
    SiteMap