header

 Azərbaycanlı güləşçi medallarını İmam Rza (ə) Hərəminin muzeyinə hədiyyə edəcək

 Azərbaycanlı güləşçi medallarını İmam Rza (ə) Hərəminin muzeyinə hədiyyə edəcək

Azərbaycan Respublikası milli komandasının sərbəst güləş üzrə idmançısı və bir müddətdir ki, İranın lider liqasında Xorasanın “Tus dünya rekorduna qədər” komandasında iştirak edən Cəbrayıl Həsənov öz medallarını İmam Rza (ə) Hərəminin muzeyinə hədiyyə edəcəyini deyib.

“Tus dünya rekorduna qədər” sərbəst güləş komandasının baş məşqçisi Məcid Xudayi bu xəbəri təsdiq edərək deyib: “Cəbrayıl Həsənov Azərbaycan Respublikası milli komandasının güləşçisidir. O, ölkəmizin bir neçə apacırı komandası tərəfindən təklif almasına baxmayaraq İmam Rzaya (ə) olan sevgisinə görə bizim komanda tərəfindən çıxış etməyi qəbul etdi.

Cəbrayıl Həsənov öz medallarını İmam Rza (ə) Hərəminin muzeyinə hədiyyə etməyi qərara alıb. Onu öz medallarını İmam Rza (ə) Hərəminə hədiyyə edəcək ilk xarici idmançı adlandırmaq olar.”

Bu xəbərə əsasən, Cəbrayıl Həsənov olimpiya oyunlarında qazandığı bürünc medalı, dünya yarışlarında aldığı 4 gümüş və bürünc medalı İmam Rza (ə) Hərəminə hədiyyə edəcək.

Azərbaycan Respublikası milli komandasının sərbəst güləş üzrə idmançısı və bir müddətdir ki, İranın lider liqasında Xorasanın “Tus dünya rekorduna qədər” komandasında iştirak edən Cəbrayıl Həsənov öz medallarını İmam Rza (ə) Hərəminin muzeyinə hədiyyə edəcəyini deyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-09-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap