Hələbdə məscidə raket hücum olub: qurbanlar var
Hələbdə məscidə raket hücum olub: qurbanlar var
Posted on : Digər sahələr 11/07/2019
Suriyanın Hələb şəhərinin bir neçə bölgəsi silahlı qruplaşmalar tərəfindən raket atəşinə tutulub. tashaio.com-un verdiyi məlumata görə, bu barədə "Sham FM" xəbər verib.
Məlumata görə, Cəmiliya bölgəsində "Əl-Siddiq" məscidinə raket düşüb. İlkin məlumatlara görə, azı 1 mülki şəxs həyatını itirib.
"Bundan başqa Əl-Daul bölgəsində, Nil küçəsində və Suryan rayonuna 3 raket atılıb, xəsarət alanlar var", - deyə məlumatda bildirilir.