header

 BMT: Yəməndə hər 11 dəqiqədə bir körpə ölür

 BMT: Yəməndə hər 11 dəqiqədə bir körpə ölür

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi Yəməndə uşaqların yaşadığı faciə ilə bağlı xəbərdarlıq edib.

Tashaio.com xəbər verir ki, ötən gün yayımlanan hesabatda bildirilir ki, Yəməndə hər 11 dəqiqədə 5 yaşdan aşağı bir körpə ölür.  

Bu fəlakətin səbəbi Ərəbistanın Yəmənə təcavüzü nəticəsində yaşanan humanitar böhrandır.

Bildirilir ki, uşaqların ölümünə səbəb içməli su çatışmazlığı və normal qidalanmamadır.

Qeyd edək ki, 2015-ci ildən Yəmənə təcavüzünü davam etdirən Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.  

UNICEF-in məlumatına görə, beş yaşınadək 1,8 milyon yəmənli uşaq aclıqdan əziyyət çəkir. Birləşmiş Millətlər Təşkilatı Yəməndəki böhranı "dünyada ən ağır" olaraq qiymətləndirir.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi Yəməndə uşaqların yaşadığı faciə ilə bağlı xəbərdarlıq edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-06-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap