header

 Ayətullah Xamenei: Hamı görür ki, dünyada ABŞ-ın güc dilini qəbul etməyən bir hökumət var

 Ayətullah Xamenei: Hamı görür ki, dünyada ABŞ-ın güc dilini qəbul etməyən bir hökumət var

“Bu gün ABŞ zəifləyərək vəhşiləşmiş canavar sifəti alıb. İran isə onun müqabilində qüdrətlə dayanaraq imperializmin ölkəmizə yenidən nüfuz etməsinə imkan vermir.”

Tashaio.com-in İRNA-ya istinadən məlumatına görə, bunu İranda qeyd edilən 13 aban (4 noyabr) – Dünya İmperializminə Qarşı Milli Mübarizə günü münasibətilə minlərlə şagird və tələbələrlə görüşündə deyib Ali Lider Ayətullah Seyid Əli Xamenei deyib

O bildirib ki, ABŞ İranla düşmənçilikdən danışarkən buna səbəb kimi 1979-cu il İslam inqilabı zamanı səfirliyə edilən hücumu göstərir: “Amma ABŞ-ın xalqımıza qarşı düşmənçiliyinin tarixi bundan əvvələ dayanır. Tarixə baxsaq görərik ki, zahirdə dost kimi görünsələr də, əslində düşmənçilik ediblər. 28 mordad 1332-ci il çevrilişi  illərlə mövcud olan düşmənçiliyi üzə çıxardı, ABŞ-ın əsl siması onda göründü. İndi də ABŞ-ın götürdüyü siyasi kursa – hegemonluq, ziyanvericilik və  diktatura azalmayıb, əksinə, daha vəhşiləşmiş forma alıb. Son 41 il ərzində  ABŞ-ın İrana qarşı nə bacarırdısa edib. Biz də onların qarşısında bacardığımız hər bir işi görmüşük və  çox vaxt güncünə qısnamışıq. ABŞ rəsmiləri dünya dövlətlərinin rəhbərləri ilə görüşərkən onlara minnət  qoyurlar, amma İran rəsmiləri  ilə danışıqlara israr edirlər, lakin biz  qəbul etmirik. Buna dözmək xalqımızın düşmənləri üçün ağrıdır. Çünki bu sübut  edir ki, dünyada ABŞ-ın beynəlxalq diktəsini, qəsbkarlığını və  güc dilini qəbul etməyən bir hökumət var.”  

ABŞ-la müzakirələrin heç bir fayda verməyəcəyini söyləyən Ayətullah Xamenei, “onlar İran rəsmilərini masaya gətirməklə maksimum sankiyanın nəticə veridiyini və İranın da ABŞ qarşısında diz çökdüyünü nümayiş etdirmək istəyirlər. Amma bu heç zaman baş verməyəcək. ABŞ istəyir ki, İranın bu gün sahib olduğu 2000 kilometrlik mənzilli raketlərini 150 kilometrlik hədəf vurmaya qədər endirsin.  Bütün müzakirələr də məhz ölkənin hərbi gücünün zəiflədilməsinə yönəlib. ABŞ-ın əsas hədəfi İranı özləri üçün kölə vəziyətinə qaytarmaqdır. Bir daha bəyan edirəm, İslam Respublikasının möhkəm iradəsi bunun reallaşmasına heç vaxt imkan verməyəcək”, - deyə bildirib

“Bu gün ABŞ zəifləyərək vəhşiləşmiş canavar sifəti alıb. İran isə onun müqabilində qüdrətlə dayanaraq imperializmin ölkəmizə yenidən nüfuz etməsinə imkan vermir.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-04-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap