Trampın impiçmentinə səbəb olmuş informator danışmağa razılıq verdi
Trampın impiçmentinə səbəb olmuş informator danışmağa razılıq verdi
Posted on : Digər sahələr 08/13/1398
ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasındakı telefon danışığı barədə məlumat verən şəxs respublikaçı konqresmenlərin suallarını cavablandırmaq üçün yazılı şəkildə cavablandırmağa razılıq verib.
ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasındakı telefon danışığı barədə məlumat verən şəxs respublikaçı konqresmenlərin suallarını cavablandırmaq üçün yazılı şəkildə cavablandırmağa razılıq verib. Tashaio.com-un Associated Press-ə istinadla verdiyi məlumata görə, bu barədə onun vəkili Mark Zayed açıqlama verib.
Qeyd edək ki, bu hərəkəti ilə informator Trampın impiçmentə səbəb olmuşdu
Nəşr bildiriri ki, sorğu keçirmək təklifini Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində baş respublikaçı Devin Nunyez verib. Bu, respublikaçılara birbaşa informatorla danışmağa imkan verəcək. Vəkil bildirib ki, məlumat verən respublikaçıların suallarını "yazılı şəkildə, and içib və yalnış şahid ifadəsində cəzanı bilərək" cavablandıracaq. Bununla yanaşı, vəkil məlumat verənin şəxsiyyətini ortaya qoyacaq suallara cavab verilməyəcəyini vurğuladı.