header

 ABŞ-ın dövlət borcu 23 trilyon dollara çatıb

 ABŞ-ın dövlət borcu 23 trilyon dollara çatıb

ABŞ-ın dövlət borcu yeni rekord nöqtəyə - 23 trilyon dollara çatıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyi gündəlik hesabatında deyilir.
 
Sənəddə göstərilən rəqəm ölkənin dövlət borcunun 31 oktyabra olan vəziyyətini əks etdirir.
 
Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, ABŞ-ın dövlət borcu 2017-ci ildə ÜDM-nin 108 faizindən 2023-cü ildə ÜDM-nin 117faizinə qədər artacaq. ABŞ-ın mövcud borc problemləri 2007-2008-ci illərdəki maliyyə böhranının nəticəsidir. O vaxtdan ölkə bir neçə dəfə dövlət borcunun maksimumunu qaldırmaq məcburiyyətində qalıb. Bu məsələ ilə əlaqədər Demokratlar və Respublikaçılar arasında hər dəfə siyasi mübahisələr baş verir.
 
Barak Obamanın 8 il prezidentliyi dövründə ərzində ABŞ hökumətinin dövlətborcu 9 trilyon dollardan çox artaraq 20 trilyon dollara çatmışdır. Amerikalı iqtisadçılar bu rəqəmin 2026-cı ilə qədər 30 trilyon dollar səviyyəsinə yüksələcəyini gözləyirlər
ABŞ-ın dövlət borcu yeni rekord nöqtəyə - 23 trilyon dollara çatıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-02-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap