header

 Dünyanın ən heyrətli yürüşü Ərbəin barədə mediaların vəzifəsi

 Dünyanın ən heyrətli yürüşü Ərbəin barədə mediaların vəzifəsi

Medialar Ərbəin yürüşçülərinin məqsədinin Kərbəla olduğunu bütün dünyaya çatdırmalıdır. Bu məqsədin mənası odur ki, bəşəriyyətin azadlıq yolu, müasir dünyada ədalətli hökumətin bərqərar olması Kərbəladan keçir və dünya müsəlmanları birləşməli, İslam aləmini yenidən qurmalıdır.

Tarixə nəzər saldıqda görürük ki, dünyada baş verən böyük və təsirli yürüşlər elə də çox deyildir. Bunlar arasında Ərbəin yürüşü ən əzəmətli və tarixi hadisələrin ən heyrətlisidir. Bu ilki Ərbəin piyada yürüşündə 4 oktyabrdan 19 oktyabradək 21 milyon nəfər iştirak etmişdir. Onların çoxu İraq əhalisi, təqribən 4 milyon nəfəri isə İran, Pakistan, Hindistan, Azərbaycan, Türkiyə, Əfqanıstan, Livan, Küveyt, Bəhreyn və Ərəbistan kimi digər 70 ölkədən olmuşdur. Piyada yürüş yolunun uzunluğu 2 min km-dən çox olmuşdur. Bu isə bəşər tarixində tanınmış ən böyük piyada yürüşün yolundan uzundur.
Nəcəfdən Kərbəlaya kimi piyada yürüşünün Aşuraya qədər uzanan qədim tarixi vardır, məsum imamlar (ə) və şiələr bu inqilabi hərəkətin təməlini qoymuşdur. Keçmişdə bu yürüş fərdi, bəzən də şiə cəmiyyətinin elitlərinin vasitəsilə toplanan qrup şəklində baş tutmuşdur. Lakin müasir dövrümüzdə 2003-cü ildə Səddam rejiminin devrilməsi və islami oyanış hərəkatının öz yüksək həddinə çatması ilə bu hərəkat inqilab elitləri təbəqəsindən digər təbəqələrə, hətta adi cəmiyyət mətninə köçdü, dünyanın ən uzun və ən heyrətli yürüşünə çevrildi.

Öz vəzifəsini tanıyan bir media bu yürüşə iki bucaqdan baxmalıdır:
1. Media, dünyanın gözü kimi islam ümmətini imamət yolunda görməli, Ərbəin yürüşünə Nəcəfdən, birinci İmam Əli ibn Əbu Talibin (ə), yəni Rəsulullahdan (s) sonra ilk canişinin məzarından İslam tarixinin ən böyük şəhidi Hüseyn ibn Əlinin (ə) məzarı səmtinə baxmalı, araşdırmalı, onun xalis və sevimli səhnələrini ovlamalı, beləliklə görməlidir ki, Əli və Hüseyn (Allahın salamı olsun onlara) ilə dünya necə də əmin-amanlıqda olur. Belə ki, tək bir qadın evindən yola düşür, on kilometrlərlə yolu Nəcəfdən Kərbəlaya qədər gedir, bir nəfər də olsun belə ona haram baxışla baxmır. Görsün ki, Beynül-hərəmeyndə milyonlarla kişi və qadın, qoca və cavan izdihamlı şəkildə toplanır, lakin bir kəsin namusuna qarşı azacıq cəsarət belə olunmur. Çünki orada toplaşan insanlar Əli və Hüseyn tərəfdarıdır və təhlükəsiz insanlardır. Təhlükəsiz insanlar toplumdan əmin-amanlıq, sülh, sevgi, allahçılıq zühur edir. Onlardan zülm baş verməz.
2. Media, tarixin dili kimi
Media, tarixin dili olaraq Ərbəin yürüşünün mesajını alaraq, bəşəriyyətə çatdırmalıdır. Bu yürüşün tarixdən ən sadə və ilk mesajı Kərbəla mesajıdır. Kərbəlada nə baş vermişdir? Peyğəmbərin (s) oğlu nə demişdir və nə etmişdir? Onlar Peyğəmbərin (s) oğlundan hansı zülmkar bir istək istəyirdi ki, Peyğəmbərin (s) oğlu onu qəbul etmədi və zülmkar hakimin istəyini rədd etdiyi üçün onun bədəni Kərbəla səhrasında tikə-tikə doğrandı, az saylı səhabələri şəhid oldular, müdafiəsiz qalmış bütün qadın və uşaqlar əsir götürüldü.
“Tarixin dili”nin Ərbəin yürüşündən almalı və dünyaya çatdırmalı olduğu ikinci mesaj İslam ümməti və Məhəmməd milləti həqiqətidir. Müsəlman qardaşlar və bacılar! Biz varıq. Biz dünya müsəlmanlarıyıq. Əməvi və sionizm məkirli planları biz İslam dünyasını parçalaya, məhv edə bilmədi. Bəli, imperializm bizi yaralamışdır, lakin bizi öldürə bilməmidir. Biz hələ ayaq üstəyik.
Biz Məhəmməd millətiyik. Çünki bizim ortaq yerimiz, tariximiz, mədəniyyətimiz və taleyimiz vardır. Bugün yer üzündə bir an da olsun azan səsi kəsilmir və Kəbə səmtinə səcdə edilməyən bir an, sinədə Məhəmməd və onun Allahını yada salmayan bir qəlb yoxdur.
Tarixin dili bəşəriyyət üçün Ərbəinin bu mesajını çatdırır:
Ey dünya müsəlmanları, birləşin, İslam aləmini yenidən qurun, onun hər kərpicini azadlıq və ədalət üzərində qurun, onu Allahın Qurani-məciddə bizə verdiyi plan üzərində yenidən qurun.
Medialar bu tarixi mesajı tanımalı, dərk etməli və dünyaya çatdırmalıdır:
Ərbəin yürüş iştirakçılarının məqsədi Kərbəladır. Bunun mənası odur ki, bəşəriyyətin azadlıq yolu və bugünkü dünyada ədalətli bir hökumətin qurulması yolu Kərbəladan keçir.

Medialar Ərbəin yürüşçülərinin məqsədinin Kərbəla olduğunu bütün dünyaya çatdırmalıdır. Bu məqsədin mənası odur ki, bəşəriyyətin azadlıq yolu, müasir dünyada ədalətli hökumətin bərqərar olması Kərbəladan keçir və dünya müsəlmanları birləşməli, İslam aləmini yenidən qurmalıdır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-02-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap