header

 Amerikanın Konqres nümayəndələri erməni soyqırımının rəsmi tanınmasını və Türkiyəyə qarşı yeni sanksiyalar qoyulmasını istəyib

 Amerikanın Konqres nümayəndələri erməni soyqırımının rəsmi tanınmasını və Türkiyəyə qarşı yeni sanksiyalar qoyulmasını istəyib

Amerika Konqresinin 405 nümayəndəsi yerinə yetirilməsi vacib olmayan qətnamə qəbul edərək Amerika dövlətindən Türkiyədə erməni soyqırımının rəsmi şəkildə tanınmasını istəyib.

Amerika Konqresinin 405 nümayəndəsi yerinə yetirilməsi vacib olmayan qətnamə qəbul edərək Amerika dövlətindən Türkiyədə erməni soyqırımının rəsmi şəkildə tanınmasını istəyib.

Bu iddiaya əsasən, 1915-ci ildə və Birinci Dünya Müharibəsi zamanı osmanlı türkləri 1.5 milyon ermənini qətlə yetirib.

Lakin Türkiyə dövləti soyqırım ittihamını qəbul etmir, ölənlərin daxili müharibə və iğtişaşlar qurbanları olduğunu, onların sayının isə şişirdildiyini deyir.

Amerika Konqresi nümayəndələri habelə, səs çoxluğu ilə qətnamə qəbul edərək Trampdan istəyiblər ki, Suriyanın şimalına və Amerikanın müttəfiqləri olan kürdlərə hücum etdiyinə görə, Türkiyə və onun dövlət rəsmilərinə qarşı sanksiyalar tətbiq edilsin.

“Reuters”-in verdiyi xəbərə görə, bu qətnamə həm Demokrat, həm də Respublikaçılar partiyasının nümayəndələri tərəfindən dəstəklənib və 403 səs lehinə, 16 səs əleyhinə olmaqla qəbul edilib. Qətnamədə dövlətdən istənilir ki, Rəcəb Təyyib Ərdoğan Suriyanın şimalındakı hərbi əməliyyatı dayandırmağa məcbur edilsin və onun yenidən başlanmasının qarşısı alınsın.

“HİLL” saytı bu barədə yazıb: “Konqres nümayəndələrinin qətnaməni yekdilliklə qəbul etməsinə və Türkiyə əleyhinə yeni sanksiyaların qoyulmasını istəməsinə baxmayaraq bu qətnamə Senatda dayandırıla bilər. Çünki Respublikaçıların Senatda rəhbəri Mitç Makkonnell NATO üzvü olan bu ölkəyə qarşı təzyiqlərin azaldılmasını istəyib.”

Amerika Konqresinin 405 nümayəndəsi yerinə yetirilməsi vacib olmayan qətnamə qəbul edərək Amerika dövlətindən Türkiyədə erməni soyqırımının rəsmi şəkildə tanınmasını istəyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-02-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap