header

 Azərilərin İmam Rza (ə) Hərəmində toplantısı-Foto

 Azərilərin İmam Rza (ə) Hərəmində toplantısı-Foto

İmam Rzanın (ə) şəhadət gecəsi azərilər İmam Rza (ə) Hərəmində toplanıb

Redaksiyamızın “Astan News”-ə istinadla verdiyi xəbərə görə, İmam Rzanın (ə) şəhadət gecəsi o həzrətin hərəminin ümumi məkanlarında əzadarlıq mərasimləri keçirilirdi. Müxtəlif millətlərdən və dillərdən olan zəvvarlar bu mərasimlərdə iştirak edirdi.

Proqrama əsasən azərilərin əzadarlıq mərasimi axşam saat səkkizdə Sabir Xorasaninin şer oxuması ilə başladı. Mərasimin davamında Vəliyyi-Fəqihin nümayəndəsi və Ərdəbil şəhərinin imam cüməsi Ayətullah Seyid Həsən Amili çıxış etdi. Onun çıxışından sonra azəri məddah və rövzəxanlar rövzə oxudular.

Qeyd edək ki, mərasimdə İrandan əlavə, Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə və digər ölkələrdən azəri şiələr iştirak edirdi.

.


    İmam Rzanın (ə) şəhadət gecəsi azərilər İmam Rza (ə) Hərəmində toplanıb
    admin
    Date published: 12:00
    10 / 10ScaleMaximum stars
    Starts: 11-01-2019
    Ends: Duration:
    P.O. Box:
    Ardabil,
    Iran


    Post a comment Related content

    Send
    دانلود آهنگ
    SiteMap