header

 Əli Kərimli mübarizəsində həyatından keçməyə hazırdır

 Əli Kərimli mübarizəsində həyatından keçməyə hazırdır

Əli Kərimli polis əməkdaşları tərəfindən amansız rəftara məruz qalıb. O, bu barədə “Osmanqızı TV” İnternet televiziyasının efirində bildirib.

Əli Kərimli polis əməkdaşları tərəfindən amansız rəftara məruz qalıb. O, bu barədə “Osmanqızı TV” İnternet televiziyasının efirində bildirib.

Kərimlinin sözlərinə görə, onu avtobusda iki dəfə vurublar. Belə ki, AXCP liderini saçlarından tutub çəkiblər və başını avtobusun korpusuna vurublar. Və bütün bunlar videoya çəkilib. Daha sonra Kərimli Xətai rayon polis idarəsinə aparılıb və divarlarında kafel olan hamam otağını xatırladan otağa salıblar. Orada ondan videokamera qarşısında çıxış edib Azərbaycan hakimiyyətinə qarşı mübarizəyə son qoyduğunu bəyan etməyi tələb ediblər.

Kərimli imtina etdikdə onu yerə yıxıblar. Əllərini və ayaqlarını tutublar və otaqda olan şəxslərdən biri ayağı ilə boğazına o qədər qüvvətli şəkildə basıb ki, Kərimli boğulmağa başlayıb.

Zorakı əməllər bir saata yaxın davam edib, bundan sonra ona təzyiqə son qoyulub.

Daha sonra o, DİN-in hospitalına aparılıb, burada tibbi müayinədən keçirilib. Kərimliyə “ciddi problemlərin olmadığı”, daxili orqanların zədələnmədiyi bildirilib, bundan sonra onu evə aparıblar.
Kərimli bildirib ki, Azərbaycanın demokratik gələcəyi uğrunda siyasi mübarizəsini davam etdirəcək və bu mübarizədə həyatından keçməyə hazırdır.

Əli Kərimli polis əməkdaşları tərəfindən amansız rəftara məruz qalıb. O, bu barədə “Osmanqızı TV” İnternet televiziyasının efirində bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-21-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap