header

 Tramp Türkiyəyə sanksiya tətbiq etdi

 Tramp Türkiyəyə sanksiya tətbiq etdi

ABŞ Türkiyənin üç nazirinə sanksiya tətbiq edib.

Tashaio.com xəbər verir ki, bu məlumatı ABŞ Maliyyə Nazirliyi yayıb. Məlumata görə, siyahıya Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz, Müdafiə naziri Hulusi Akar və Daxili İşlər naziri Süleyman Soylunun adı daxil edilib.
 
Sanksiya siyahısında Energetika Nazirliyi və Müdafiə Nazirliyinin də adları yer alıb.
 
Vaşinqton sanksiyaları “Sülh çeşməsi” əməliyyatıyla əlaqədar tətbiq etdiyini bildirib. ABŞ Türkiyənin bu addımının dinc vətəndaşların həyatına təhdid yaratdığını, regiondakı situasiyanı destabilizasiya etdiyini, İŞİD-ə qarşı mübarizə kampaniyasını dağıtdığını iddia edib.
 
Maliyyə Nazirliyi Türkiyəyə sanksiyaları genişləndirməyə hazır olduğunu deyib.
 
ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində Türkiyədən idxal edilən polad üçün tətbiq edilən rüsumları 50% artıracağını bildirib. Bununla bərabər, Tramp ABŞ Ticarət Nazirliyinin Türkiyə ilə ticarətin 100 milyard dollara çatdırılmasıyla bağlı apardığı danışıqları da dayandıracaqlarını açıqlayıb. O, Türkiyənin bu yolla getməyə davam edəcəyi halda onun iqtisadiyyatını “sürətli şəkildə məhv edəcəyini” vurğulayıb.
ABŞ Türkiyənin üç nazirinə sanksiya tətbiq edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-15-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap