header

 Xalqın məzlumluğunun, Əliyevin zalımlığının həddi: Əliyev yaxşıdır, dövrəsi xarabdır

 Xalqın məzlumluğunun, Əliyevin zalımlığının həddi: Əliyev yaxşıdır, dövrəsi xarabdır

Azərbaycan xalqı məzlum, hakimiyyət isə zalımdır. İndi görün bu xalq necə məzlum bir xalqdır ki, öz haqqını zalım hakimiyyətdən tələb edə bilmir.

Azərbaycan xalqı məzlum, hakimiyyət isə zalımdır. İndi görün bu xalq necə məzlum bir xalqdır ki, öz haqqını zalım hakimiyyətdən tələb edə bilmir. Düzdür, son zamanların mitinqləri və sonuncu piket bir daha göstərdi ki, xalq istəsə oyana bilər və oyanmalıdır da. Çünki artıq bu cür getmək mümkün deyil. Küfr hakimiyyəti haqda deyirlər ki, uzun illər davam edə bilər. Amma zülm hakimiyyəti bir yerdə qırılmalıdır.
Xalqın məzlumluğunun həddinə baxın ki, hakimiyyəti, məxsusən İlham Əliyevi danlamaq, tənqid etmək üçün özünə bir söz deməyə cürət etməyənlər də məmurlara “itin sözünü” deyir. Ən çox işlədilən sözlərdən biri də “İlham yaxşıdır, ətrafı xarabdır” fikridir. Əlbəttə bu fikri səsləndirənlər də hakimiyyət də, şəxsən İlham Əliyev də gözəl bilir ki, belə bir şey absurddur. Amma Azərbaycanda nə absurd şey desən meydana çıxa bilər. Doğrudan da Azərbaycan absurdizmdə analoqu olmayan bir ölkədir. Bu ölkədə bir partiyadan (YAP-dan) iki nəfərin (ata-bala Əliyevlər) eyni anda (2003-də) prezidentliyə namizədlik verməkdən tutmuş, prezidentin nazirlərə söz keçirə bilməməsinə qədər hər cür absurd tapmaq olar.


Hə, xalqın məzlumiyyətindən danışırdıq axı. Bütün dünya və gözəl xalqımız bilir ki, normalda prezident yaxşıdırsa onun ətrafı xarab ola bilməz. Amma xalq prezidentə söz deyə bilməyəndə də onu başqa cür sancmağı bacarır. Digər tərəfdən Əliyev də zalımın biridir. Allah-Taala isə onu zalım məmurlarla əhatələyib. Düzdür, onlar yuxarı ötürməklə özləri də nahaqq işlər görür, rüşvət alır, oğurlayır, xalqı talayırlar. Amma hakimiyyət daxilində İlham Əliyevin sözünə də baxmırlar. Bir diktatora bundan artıq alçaqlıq, rəzillik olarmı?

Belə ki, İlham Əliyevin yaxşı, ətrafının xarab olduğunu iddia eləmək birinci Əliyev üçün minusdur. Düzdür, minusların tikan kimi batdığı Əliyev üçün minus məsələsi adi haldır. Amma bütün dünyada bu mənada o rüsvayçılığa qərq olub. Xalqın belə bir əqidədə olması onun üçün pis haldır. Çünki belə olan halda camaat deyir ki, məgər məmurları kim təyin edir ki? Doğrudur ki, ara-sıra Səfər Əbiyevin Amerikanın adamı, Nəcməddin Sadıqovun rusun agenti, Eldar Mahmudovun İsrailin nökəri olduğu çox deyilib. Amma nəhayətdə bunları təyin edən Əliyevdir. Deməli, nəticə etibarilə Əliyev də hakimiyyət kimi üç, bəlkə də dörd, beş hissəyə bölünüb. Əgər nəzərə alsaq ki, Əliyev bu məmurları təyin edir və onlar ölkəni pis idarə edir, deməli onun bu pis idarəçilikdən ya xəbəri var, ya da yox. Xəbəri varsa bir iş görə bilmirsə bu bir cür pis. Rədd olub getsin, başqası gəlib idarə edər. Yox əgər xəbəri yoxdursa bu, ondan da pisdir. Çünki adamın ayaqda uyuduğu gün kimi aydındır. Deməli, yuxarı tüpürsən bığ, aşağı tüpürsən saqqal. Əliyevin heç cür şansı yoxdur. Bu da Allahın Əliyevi düçar etdiyi başqa bəlalardan və rəzilliklərdən biridir.
Azərbaycan xalqı məzlum, hakimiyyət isə zalımdır. İndi görün bu xalq necə məzlum bir xalqdır ki, öz haqqını zalım hakimiyyətdən tələb edə bilmir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-21-1398
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap