ABŞ İŞİD-in iki cəlladını Suriyadan çıxarıb
Posted on : Digər sahələr 10/10/2019
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Suriya ərazisindən İŞİD-in iki terrorçusunu çıxardığı barədə məlumatı təsdiqləyib.
FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Ağ Evin rəhbəri Twitter səhifəsində yazıb.
O, ABŞ-ın "Beatles" adı verilən və Suriyadakı edamlarla əlaqəli iki yaraqlısını açıqlayıb. Onlar ABŞ-ın nəzarətində mühafizə olunan bir yerə yerləşdirilib.
Bundan əvvəl, CNN telekanalı, Türkiyənin əməliyyatları ilə əlaqədar ərəb-kürd silahlı koalisiyası "Suriya Demokratik Qüvvələri"nin İŞİD-in iki nümayəndəsini Amerika tərəfinə təhvil verdiyini bildirmişdi.