header

 Türkiyə qoşunları Suriyada 181 hədəfi vurub

Türkiyə qoşunları Suriyanın sərhəd bölgəsindəki Haseka əyalətində yerləşən Ras əl-Ayn şəhərinə quru hücumuna başlayıb.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə "İxbariya" televiziya kanalı xəbər verir.

Bundan əvvəl məlum olmuşdu ki, Türkiyə qoşunları yenidən Suriya ilə sərhəd olan Ras əl-Ayn şəhərini atəşə tutmağa başlayıblar. Ras əl-Ayn, eləcə də Kamışlı, Darbasiya və əl-Məşraf şəhərlərini atəşə tutması nəticəsində 8 mülki şəxsin öldüyü bildirilir. Bundan başqa daha 20 nəfər yaralanıb.

Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən son məlumata görə, artıq PKK/YPG terrorçularına aid 181 hədəf hərbi təyyarə və artilleriya ilə vurulub. Bu istiqamətdə atışlara cavab olaraq bölgədə terrorçular tərəfindən silah səsləri eşidilir.  Türk hərbi təyyarələrinin görmə məsafəsini azaltmaq məqsədilə terrorçular tərəfindən ərazidə rezin təkərlər yandırılır.

Türkiyənin Mardin şəhərinə bağlı Nusaybin rayonuna Suriyanın şimalında yerləşən Qamışlı şəhərindən 9 raket mərmisi atılıb. Raketlərin çoxu boş ərazilərə, üçü isə yaşayış bölgələrinə düşüb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar bölgədəki dövlət xəstəxanasına yerləşdirilib.

Türkiyənin sərhəd bölgələrinin bəzi ərazilərində əhaliyə bayıra çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.

Türkiyə qoşunları Suriyanın sərhəd bölgəsindəki Haseka əyalətində yerləşən Ras əl-Ayn şəhərinə quru hücumuna başlayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-10-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap