header

 İran prezidenti Türkiyənin Suriyanın şimalında əməliyyata başlamasına münasibət bildirib

"Türkiyə cənub sərhədlərinə görə narahatlıq keçirir və onların bu narahatlığın aradan qaldırılmasına haqları çatır, amma həll yolu və onun metodu düzgün seçilməlidir."

İslaminSesi.info  Tasnim xəbər agentliyinə istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bu gün Tehranda nazirlər kabinetinin toplantısında deyib.

 

Həsən Ruhani çıxışının bir qismində Suriyanın şimalında Türkiyə tərəfindən yeni əməliyyata start verilməsinə toxunub və Türkiyəni yeni gərginlik ocağının yaranma təhülükəsilə bağlı ehtiyatlı olmağa çağırıb.

 

İran prezidenti bildirib ki, "Türkiyənin cənub sərhədlərinə görə narahatlıq keçirməyə və bu narahatlığı aradan qaldırmağa haqqı var, lakin üslub və metod düzgün seçilməlidir."

 

Həsən Ruhani ölkəsinin Suriyanın şimalı və kürd bölmələrilə bağlı mövqeyini belə açıqlayıb:

 

"İran, Rusiya və Türkiyə dövlət başçılarının üçtərəfli görüşündə də açıq-aydın şəkildə bildirdik ki, Suriyanın şimalında təhlükəsizliyin bərpası yolu yalnız Suriya Ordusu ilə əməkdaşlıq etməkdən keçir. Biz gərək burada Suriya Ordusunun olmasını təmin edək. Digər ölkələr də buna dəstək verməlidirlər. Amerika buradan tam şəkildə çıxmalı, burada öz bölgələrində olan kürdlər də Suriya Ordusunun yanında olmalıdırlar." SalamNews

"Türkiyə cənub sərhədlərinə görə narahatlıq keçirir və onların bu narahatlığın aradan qaldırılmasına haqları çatır, amma həll yolu və onun metodu düzgün seçilməlidir."
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-09-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap