Bloomberg: Türkiyə qoşunları Suriya sərhədini keçməyə başlayıb
Posted on : Türkiyə 07/17/1398
Çərşənbə günü Türk hərbi birləşmələri Ankaranın təhlükəsizlik bölgəsi yaratmaq üçün əməliyyat keçirmək niyyətində olduğu bölgədə Suriya sərhədini keçməyə başlayıb.
FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə "Bloomberg" agentliyi Türkiyə rəsmisinə istinadən məlumat yayıb.
"Türk qüvvələri ABŞ-ın dəstəklədiyi kürd döyüşçüləri sərhəddən uzaqlaşmağa məcbur etmək üçün Suriyanın şimal-şərqində sərhədini keçməyə başlayıb", - deyə agentlik mənbədən bildirib.
Hazırda Ankara bu yazılara rəsmi münasibət bildirmir.