header

 General Qasım Süleymani: 33 günlük müharibə dayanmasaydı, İsrail rejiminin ordusu dağılacağdı

iranın İnqilab Keşikçiləri (SEPAH) ordusunun xarici əməliyyatlarına cavabdeh Qüds Qüvvələrinin komandanı general-mayor Qasım Süleymani Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin Əsərlərin Mühafizəsi və Yayımı Ofisinə müsahibə verərək deyib ki, əgər sionist İsrail rejimi və Livan arasında baş vermiş 33 günlük müharibə dayanmasaydı, İsrail rejiminin ordusu dağılacağdı.

İranın İnqilab Keşikçiləri (SEPAH) ordusunun xarici əməliyyatlarına cavabdeh Qüds Qüvvələrinin komandanı general-mayor Qasım Süleymani Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin Əsərlərin Mühafizəsi və Yayımı Ofisinə müsahibə verərək deyib ki, əgər sionist İsrail rejimi və Livan arasında baş vermiş 33 günlük müharibə dayanmasaydı, İsrail rejiminin ordusu dağılacağdı.

 

Tashaio.com ABNA-ya istinadən xəbər verir ki, general-mayor Qasım Süleymani 33 günlük müharibənin şərtlərinin necə yarandığına toxunaraq, belə deyib: “ABŞ-ın İraqda mövcudluğuna görə bölgədə yaranan qorxu və dəhşət mühiti, bəzi ərəb ölkələrinin sionist İsrail rejimi ilə gizli əməkdaşlığı və sionist İsrail rejiminin də Hizbullahın işini bitirməyə yönələn hədəfi, əslində İsrail rejiminin Livan müharibəsini başlaması üçün 3 hədəfi olub”.

 

General-mayor Süleymani sionist İsrail rejiminin Livana hücumundan bir həftə sonra İranın yüksək səlahiyyətli rəsmilərinin Ali Dini Rəhbərin hüzurundakı iclasını da xatırladaraq belə deyib: “Ali Dini Rəhbər həmin toplantının sonunda və mənim verdiyim hesabatdan sonra bəyanat verərək, belə dedi: “Mənə görə bu müharibəni qazanmaq Xəndək döyüşünü qazanmaq kimi olacaq”.

 

İranlı general Livana qayıdışı və Ali Dini Rəhbərin fikirlərinin və tövsiyələrinin Hizbullahın lideri Seyid Həsən Nəsrullaha çatdırmasını da belə izah edib: “Bu mesaj Hizbullaha sanki yeni bir qan kimiydi və Livanın müqavimət qüvvələri bu müharibəni qazanmaq məsələsində qəti qərarlı idilər”.

 

SEPAH-ın Qüds Qüvvələrinin komandanı müharibənin bitməsilə əlaqədar olaraq isə, sionist İsrail rejiminin BMT nümayəndəsi və Con Boltonun Qətərin o dövrdəki xarici işlər naziri ilə keçirdiyi görüşə toxunaraq, belə davam edib: “Sionistlər əvvəlki bütün tələblərinə məhəl qoymadılar və atəşkəsi qəbul etdilər və bu Hizbullah üçün böyük bir qələbə oldu”.

iranın İnqilab Keşikçiləri (SEPAH) ordusunun xarici əməliyyatlarına cavabdeh Qüds Qüvvələrinin komandanı general-mayor Qasım Süleymani Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin Əsərlərin Mühafizəsi və Yayımı Ofisinə müsahibə verərək deyib ki, əgər sionist İsrail rejimi və Livan arasında baş vermiş 33 günlük müharibə dayanmasaydı, İsrail rejiminin ordusu dağılacağdı.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-10-1398
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap