header

 Çinli xanım İmam Rzanın (ə) ziyarətgahında İslam dinini qəbul etdi

İmam Rzanın (ə) müqəddəs ziyarətgahı bu dəfə Çindən gələn bir xanıma İslamı qəbul etdiyi üçün bir mərasim təşkil edib.

İmam Rzanın (ə) müqəddəs ziyarətgahı bu dəfə Çindən gələn bir xanıma İslamı qəbul etdiyi üçün bir mərasim təşkil edib.

 

Tashaio.com Astan News-a istinadən xəbər verir ki, çinli xanım Xanq, Quds Rəzəvi ostanının Xarici Zəvvarlar İşləri İdarəsində keşçirilən mərasimdə kəlimeyi şəhadət gətirərək müsəlman olub və özünə Elham adını götürüb.

 

“Mən Qərbi Çində böyümüşəm və bu şəhərdə yaşayan müsəlmanlar vasitəsilə İslamla tanış olmuşam. Sonra, iki il əvvəl Ərbəin vaxtı İrana etdiyim səfərdə İran xalqının xoş rəftarı məni özünə cəlb etdi və onların dini, adətləri, mədəniyyəti və ritualları haqqında daha çox bilmək istədim”, - deyə çinli yeni müsəlman xanım bildirib.

 

O, müsəlman dini inancları ilə tanış olması ilə əxlaq, yaradılış və Tanrı haqqında yeni bir fikir aldığını və insanların İmam Hüseyn (ə) üçün yas tutmasının onu məsum İmamlar (ə) haqqında maraqlanmağa ruhlandırdığını vurğulayıb.

 

 

Çinli yeni müsəlman xanım Məşhəddə ilk ziyarəti barədə isə bunları deyib: “Bu gün İmam Rzanın (ə) müqəddəs ziyarətgahını ziyarət edərkən, təmizlik və qəlb təmizliyi duyğularını içəridə hiss etdim”.

 

Mərasimin sonunda yeni müsəlman xanıma bir neçə hədiyyə, müqəddəs Qurani-Kərim, Çin dilində bir neçə kitab, bir çarşab və bir namaz xalçası hədiyyə edilib.

 

İmam Rzanın (ə) müqəddəs ziyarətgahı bu dəfə Çindən gələn bir xanıma İslamı qəbul etdiyi üçün bir mərasim təşkil edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-01-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap