Ümumiyyətlə, tövhid və məadın dəlilləri, ədalət, ehsan, hicrət, cihad hökmləri, müşriklərin hədələnməsi, zülm və günahın, əhdi pozmağın, bidətlərin, şeytani vəsvəsələrin qadağası, Quran oxunan zaman Allaha pənah aparmaq, Allaha iman gətirib təvəkkül edənlərin üzərində şeytanın hakim olmaması, murdar olmuş ətin, qanın, donuz ətinin və Allahdan qeyrisinin adı ilə kəsilənlərin haram olması və ilahi nemətlərin zikri sözügedən surənin möhtəvasını təşkil edir. Surədə bi çox ilhahi nemətlərin adı çəkildiyindən, onun başqa bir adı da “Niəm”dir (nemətlər). Surənin müxtəlif ayələrində adı çəkilən nemətlər bunlardır: “səma, yer, dördayaqlılar, libas, heyvanların faydası, ət, gözəllik, nəqliyyat, hidayət, su, otlaq, meyvələr, gecə-gündüz, günəş və ay, ulduzlar, yerin rəngarəng nemətləri və varlıqları, dəniz və onun cəvahiratı, gəmilərin hərəkəti, dağlar, çaylar, yollar, təbii əlamətlər, ulduzlar vasitəsi ilə yolu təyin etmək, yer üzünün yaşıl örtüyü, xalis süd, meyvədən hazırlanmış nemətlər, bal, zövcə, övladlar və nəvələr, ruzi, qulaq, göz, ağıl və ruh, sabit məskən, səyyar məskən, müxtəlif örtüklər, kölgə, mağara, insanı isti-soyuqdan qoruyan libaslar, zireh...”
Peyğəmbəri-Əkrəmdən (s) bu surənin fəziləti haqda belə nəql olunur: