header

 “Kərbəla – əbədi mübarizə fəlsəfəsi” mövzusunda konfrans keçirilib

Qarabağın Azadlığı uğrunda İslami Müqavimət Hərəkatı və Azərbaycan Ziyalılar Birliyinin birgə təşkilatçılığı ilə “Kərbəla-əbədi mübarizə fəlsəfəsi” mövzusunda konfrans keçirilib.

Qarabağın Azadlığı uğrunda İslami Müqavimət Hərəkatı və Azərbaycan Ziyalılar Birliyinin birgə təşkilatçılığı ilə “Kərbəla-əbədi mübarizə fəlsəfəsi” mövzusunda konfrans keçirilib.

Konfransda ilahiyyatçılar, siyasi xadimlər, hüquq müdafiəçiləri, ictimai fəallar, mətbuat nümayəndələri iştirak ediblər.

Tədbiri açıq elan edən ictimai birliyin sədri Rövşən Əhmədli İmam Hüseyn əleyhissalam və Kərbəla həqiqətlərinin təbliğ edilməsinə böyük ehtiyac duyulduğunu bildirərək, ölkəmizdə və onun hüdudlarından kənarda insanların fikrini yalnış istiqamətlərə yönəltməyə çalışanların olduğunu xatırlatdı.

Söz alan ilk məruzəçi, ilahiyyatçı filosof İlqar İbrahimoğlu İslam dininin 4 mühüm təməl üzərində dayandığını qeyd etdi: “Bu, Peygəmbərimizin gətirdiyi və dünyaya yaydığı din, yerlə göyün bağlantısını təmin edən Vilayət sütunu, İmam Hüseyn əleyhissalamın öz fədakarlığı ilə diri saxladığı Aşura məktəbi və Məhdəviyyət fəlsəfəsidir. Bu dəyərlərin vəhdəti İslamı diri saxlayır, bütün müstəvilərdə – mədəniyyət, elm, iqtisadiyyat, yaradıcılıq və sair”.

Daha sonra cıxış edən Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev Kərbəla hadisələri ilə maraqlanmaq istəyən müxtəlif əqidə və məzhəb daşıyıcıları üçün tükənməz ibrətlərin olguğunu qeyd etdi. İlahiyyatçı alim bildirdi ki, Kərbəla səhnəsində təmsil olunanların dözümü, iradəsi, fədakarlıqları Allaha imanlarının nəticəsi idi: “Əgər dözümlü olmaq istəyirsənsə, hədəflərinə çatmağa çalışırsansa, Allaha sığın və ona inamında möhkəm ol”.

Çıxış edən digər ilahiyyatçı Araz Mehrəliyev Şiyəkaranlı fərqli İslam məzhəblərinin də Kərbəla hadisəsinə yüksək qiymət verildiyini xatırlatdı: “Əziz sünni alimlərindən biri buyurur ki, İslam dinini iki hicrət qorudu – Həzrəti Məhəmmədin Məkkədən Mədinəyə və İmam Hüseyn əleyhissalamın Məkkədən Kərbəlayə olan hicrəti”.

Konfrans Nardaran ağsaqqalı Hacıağa Nurinin, ilahiyyatçı Əfqan Muradovun, AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimovanın və digər natiqlərin çıxışları ilə davam etdirilib.

Qarabağın Azadlığı uğrunda İslami Müqavimət Hərəkatı və Azərbaycan Ziyalılar Birliyinin birgə təşkilatçılığı ilə “Kərbəla-əbədi mübarizə fəlsəfəsi” mövzusunda konfrans keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-29-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap