header

 Tale Bağırzadənin xanımına ittiham elan olunub

Siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının rəhbəri “Nardaran məhbusu” kimi tanınan Tale Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadəyə ittiham elan olunub.

Siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının rəhbəri “Nardaran məhbusu” kimi tanınan Tale Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadəyə  ittiham elan olunub.

Bu barədə vetenugrunda.az-a danışan Leyla İsmayılzadə bildirib ki, onu, “cəzaçəkmə müəssisəsinə qanunsuz əşya keçirməkdə” ittiham ediblər.

 L.İsmayılzadəni işlə tanış olmaq üçün idarəyə dəvət ediblər. O, vəkilləri Zibeydə Sadıqova və Fəxrəddin Mehdiyevlə birgə işlə tanış olub.

Bəlli olub ki, istintaq işi 2017-cu il martın 21-də Leyla İsmayılzadəyə Tale Bağırzadə ilə uzunmüddətli görüşə gedərkən 2 yaşlı oğlu Abbas Bağırzadənin oyuncaqlarının arasında tapılan telefonla bağlıdır.

Xatırlayırsınızsa martın 22-də Penitensiar Xidmət, Qobustan həbsxanasında saxlanan ilahiyyatçı Tale Bağırovun həyat yoldaşının əri ilə görüşə gedərkən “uşaq çantasında mobil telefon” aşkarladığını bildirmişdi.

L.İsmayılzadə özünü bu işdə təqsirli bilmdəiyini deyir: “Dedilər ki, işi məhkəməyə göndərəcəklər. Köhnə telefon idi. Ancaq heç bir əlaqəsi yox idi. Abbas o telefonda oyun oynayırdı. Bu cinayət işinin açılması əslində Tale Bağırzadəyə qarşı təzyiqdir. May ayında iki dəfə mən, bir dəfə qaynatam ifadə verməyə çağrıldıq. Telefon qaynatamın adına olub. Ondan sonra bu məsələ iə bağlı bizə zəng gəlməmişdi. Dedik yəqin işə xitam veriblər”.

Qeyd edək ki, Leyla İsmayılzadənin istintaqa cəlb edilməsi ölkədə böyük etirazlara səbəb olub. Siyasi fəallar, hüquq müdafiəçiləri, media nümayəndələri və inanclılar bu addımı insan haqlarına təzyiq və zorakılıq kimi qiymətləndiriblər.

Siyasi məhbus, Müsəlman Birliyi Hərəkatının rəhbəri “Nardaran məhbusu” kimi tanınan Tale Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadəyə ittiham elan olunub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-29-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap