header

 Kərbəla caniləri - Şümr ibn Zilcövşən

Kərbəla faciəsinin yaranmasında əsas rol oynayan şəxslərdən biri də Şümr ibn Zilcövşəndir

Kərbəla faciəsinin yaranmasında əsas rol oynayan şəxslərdən biri də Şümr ibn Zilcövşəndir (?-67).

Şümr ibn Zilcövşən adı ilə tanınan Əbüssabiğə Şürəhbil Kəlabi Kərbəla faciəsi və imam Hüseynlə (ə) döyüşməkdə Yezid və Kufə ordusunun əsas sərkərdələrindən biri idi. Onun doğum tarixi, İslam Peyğəmbərini (s) görməsi, səhabələrdən olması və yaxud Peyğəmbərdən (s) sonra dünyaya gəlib tabeindən olması barədə fikirayrılığı vardır. (“Əl-istiab”, c.2, səh.467; “Əl-vafi bil-vəfəyat”, c.16, səh.180.)

Şümr ilk üç xəlifənin hakimiyyəti dövründə ictimai mövqeyi yox idi və tarixdə həmin dövrdə baş verən ictimai hadisələrdə ondan ad çəkilmir. Amma 37-ci hicri-qəməri ilində müsəlmanların xəlifəsi İmam Əli (ə) ilə Müaviyənin rəhbərlik etdiyi “qasitin” zümrəsi arasında baş vermiş “Siffeyn” müharibəsində onun İmam Əlidən (ə) tərəfdarlığı ilə bağlı şücaəti və mübarizəsindən, məxsusən, həmin müharibədə şamlılardan bir nəfərlə döyüşündən söz açılsa da, elə həmin müharibədə İmam Əlinin (ə) müqabilində “xəvaric” zümrəsinin sıravi üzvlərindən biri kimi sülh və “həkəmiyyət” (qəzavət) səsini ucaltdı və o Həzrəti qələbəyə çatmış döyüşdən əl çəkməyə məcbur etdi. (“Sülhi-İmam Həsən”, Şeyx Yasin, səh.60 və 70.)

Tarixdə Şümrün xəvaric zümrəsinin bir üzvü kimi “Nəhrəvan” döyüşündə rolu və fəaliyyəti barəsində bir məlumat verilmir. Necə ki, onun həmin zümrədən ayrılıb Şamda Müaviyəyə qoşulması barəsində də heç bir məlumat gözə çarpmır. O, İmam Əlinin (ə) şəhadətindən sonra İmam Həsənin (ə) tərəfdarları sırasında müşahidə edilir ki, bəzilərinin qeyd etdikləri kimi, düşmən tərəfindən casus kimi fəaliyyət göstərdiyi və o Həzrətin ordusunun dağılması üçün cəhd etdiyi ehtimal verilmişdir. (“Əl-ixtisas”, səh.139.)

Şümr Kərbəla inqilabından əvvəl Übeydullah ibn Ziyada qoşuldu. Bəzi məlumatlara əsasən, Übeydullah ibn Ziyad, Ömər ibn Sədin İmam Hüseynlə (ə) sülh edəcəyi və qarşıdurmanı əmin-amanlıqla sona yetirəcəyi barəsində yazdığı məktubdan təsirləndikdə, Şümr müxtəlif yollarla döyüşün baş verəcəyi və məsələnin hərbi yolla həll olunacağının zəruriliyini bildirdi. O, axırda öz arzusuna çatdı və İbn Ziyaddan Ömər ibn Səd üçün bir məktub alaraq, onu “Tasua” günü Kərbəlada Ömər ibn Sədə verdi. Beləcə, Şümr son ümidləri qıraraq Ömər ibn Sədlə İmam Hüseyn (ə) arasında gedən müzakirələrə son qoydu.

Dörd min qoşunun sərkərdəliyi ilə Kərbəlaya gələn Şümr, Ömər ibn Sədin bədgümanına tuş gəldi və Ömər ibn Səd, İbn Ziyadın məktubunu alıb oxuduqdan sonra ona dedi: “Ey Şümr, vay olsun sənə, Allah səni sərgərdan qoysun! Allaha and olsun, elə güman edirəm ki, Übeydullah ibn Ziyadın mənim təklifimi qəbul etməməsinə sən bais olmusan. Əmin-amanlıqla qurtaracağına ümid bəslədiyim işi korladın. Allaha and olsun, Hüseyn haç vaxt təslim olmayacaq. Çünki atası Əlinin canı onun sinəsindədir.” (“Tarixi-Təbəri”, c.5, səh.414.)

Şümr özünün bacıuşaqları adlandırdığı Həzrət Əbülfəzl (ə) və onun qardaşları üçün “amannamə” gətirsə də, Həzrət Əbülfəzlin (ə) mənfi cavabı ilə üzləşdi. (“Tarixi-Təbəri”, c.5, səh.414.)

O, Peyğəmbərin (s) Əhli-beyti (ə), İmam Hüseyn (ə) və dostlarına dair qəddarsız rəftarlarda müstəqim və qeyri-müstəqim rolu olmuşdur ki, onlardan biri Übeydullah ibn Ziyadı İmam Hüseynlə (ə) döyüşə təşviq etmək, Ömər ibn Sədlə İmam Hüseyn (ə) arasında gedən müzakirələrə son qoymaq, Peyğəmbərin (s) Əhli-beytinin (ə) üzünə suy yolunu bağlamaq, İmam Hüseynin (ə) başını kəsmək və s. idi. (“Tarixi-Təbəri”, c.5, səh.417-418.)

Şümr “Aşura” günü qəddarlıqda, məxsusən, İmam Hüseynin (ə) və dostlarının üzünə suyu bağlamaqda, o həzrətin başını kəsməkdə, xeymələri qarət etməkdə, Əhli-beyt əsirlərinə ruhi-psixoloji təzyiq göstərmək üçün onları qətlgah yolu ilə aparmaqda, Əhli-beyt şəhidlərinin başlarının kəsilməməsinə dair xahişləri ilə müxalifət etməkdə öncül idi. (“Əyanuş-şiə”, c.3, səh.485.)

Muxtar Səqəfi qiyam edib Kərbəla faciəsinin cinayətkarlarını cəzalandırdıqda, Şümr İmam Hüseyn (ə) inqilabının digər müxalif sərkərdələri ilə birlikdə bir müddət müqavimət göstərdikdən sonra Bəsrəyə doğru qaçdı. Muxtarın ezam etdiyi döyüşçülərlə döyüşdükdən sonra öldürüldü. Şümr ibn Zilcövşənin qətli barəsində iki tarixi rəvayət mövcuddur: Birinci rəvayətdə onun Bəsrənin ətrafındakı döyüş meydanında Əbdürrəhman ibn Übeyd Əbülkünudun əli ilə qətlə yetirildiyindən, ikinci rəvayətdə isə Əbdürrəhman ibn Übeyd Əbülkünudun vasitəsilə tutulub Kufəyə göndərildiyi və İmam Hüseynin (ə) digər düşmənləri kimi Muxtarın əli ilə qətlə yetirildiyindən söz açılmışdır. (“Əxbarut-tival”, Əbu Qüteybə Dinəvəri, səh.301-305; “İnqilabi-Kərbəla əz didqahe əhli-sünnə – Əhli-sünnə baxımından Kərbəla inqilabı”, Ustad Əbdülməcid Nasiri Davud, 2-ci fəsil, səh.154-158.)

Kərbəla faciəsinin yaranmasında əsas rol oynayan şəxslərdən biri də Şümr ibn Zilcövşəndir
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-26-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap