Səudiyyə rejimindən Qaşıqçı etirafı: "Agentlər törədib"
Posted on : Digər sahələr 09/25/2019
Səudiyyə rejiminin xarici işlər nazirinin müaşvir Adil Əl-Cübeyr jurnalist Camal Qaşıqçının Səudiyyə rejiminin agentləri tərəfindən öldürüldüyünü etiraf edib.
Səudiyyə rejiminin xarici işlər nazirinin müaşvir Adil Əl-Cübeyr jurnalist Camal Qaşıqçının Səudiyyə rejiminin agentləri tərəfindən öldürüldüyünü etiraf edib.
Tashaio.com TRT Haber-ə istinadən xəbər verir ki, BMT-dəki bir toplantıda danışan Əl-Cübeyr, Vaşinqton Postun yazarı səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının Səudiyyə rejiminin rəsmiləri tərəfindən öldürmədiyini, cinayəti agentlərin törətdiyini deyib.
Başlanılan istintaqın davam etdiyini qeyd edən Adil Əl-Cübeyr, 5 nəfərin ölüm cəzası ilə üzləşdiyini bildirib.
Xatırladaq ki, jurnalist Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə rejiminin İstanbul Baş Konsulluğunda öldürülmüşdü.
BMT-nin hazırladığı məruzədə cinayətdə Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın və Səudiyyə rejiminin rəsmilərinin rolu olduğuna dair ciddi sübutların olduğu açıqlanmışdı.