Gündəlik hökmlər: Estetik əməliyyat
Posted on :
Əqidələr
09/19/2019
Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Estetik əməliyyat haqqında sualın cavabı
Maide.Az "Leader.ir" saytına istinadən Ayətullah əl-Üzma Seyyid Əli Xameneinin Estetik əməliyyat haqqında sualın cavabını təqdim edir:
Sual: Qadınların estetik əməliyyat etməyinə icazə varmı?
Cavab: Əgər diqqəti cəlb edəcək dərəcədə zərəri olmazsa, öz-özlüyündə eybi yoxdur. Amma yaddan çıxarmayın ki, estetik əməliyyat müalicə xarakteri daşımır və bu zaman naməhrəm həkimin baxması və toxunması caiz deyil. Yalnız bəzi hallar - yanğın və başqa hadisələr zamanı - müalicə məqsədi və naməhrəm həkimə ehtiyac zərurəti istisnadır.