header

 Zərif Pompeoya cavab verdi: Müharibə aktı, yoxsa müharibəyə təşviq?

ABŞ prezidenti Donald Trampı Yaxın Şərqdəki müharibəyə cəlb etməyə çalışırlar.

FaktXeber.com-un məlumatına görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün Tvitter səhifəsində bəyan edib.

Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumda Tehranı ittiham edərək, bunu "müharibə aktı" adlandırmışdı.

""Müharibə aktı", yoxsa müharibəyə təşviq? "B qrupu"nun qalıqları Trampı müharibəyə cəlb etməyə çalışırlar. Öz xeyirləri üçün dua etməlidirlər ki, səy göstərdikləri şeyləri əldə etməsinlər”, deyə Zərif bildirib.

Qeyd edək ki, "B qrupu" dedikdə Zərif ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun, İsrail Baş naziri Benyamin Netanyahunun, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın və BƏƏ vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Al Nahyan kimi bir sıra siyasətçilərin "birləşməsini" nəzərdə tutur.

ABŞ prezidenti Donald Trampı Yaxın Şərqdəki müharibəyə cəlb etməyə çalışırlar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 09-19-2019
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap